Rejissor Heydər Vüqaroğlu: “Radio sökürdüm, maqintafon düzəldirdim”

Rejissor Heydər Vüqaroğlu: “Radio sökürdüm, maqintafon düzəldirdim”

– Heydər, zaman sizi haradan haraya gətirib çıxartdı?

– Hələ on iki yaşım olanda atam mənim üçün bir kamera aldı. Hər şey ondan sonra başladı. O kamera ilə “oynadım”, “oynadım”… Zaman insanı atıb-tutur və gözləmədiyin yerə gətirib çıxardır.

– İndi olduğunuz mövqedən razısınızmı?

– Çox razıyam. Dostlarım var, yaxşı kollektivdə çalışıram. Artıq illərdir ki, eyni verilişin həm rejissoru, həm də montajçısıyam.

Rejissor Heydər Vüqaroğlu: “Radio sökürdüm, maqintafon düzəldirdim”

– Bəs illər sizdən nə alıb apardı?

– Sadəcə olaraq, zamanımı aldı… Amma nələrisə qazandım.

– Zaman demiş, zaman nəyə çatmır?

– Yaşa dolandan sonra bəzən görürsən ki, haradasa nələrisə edə bilərdin, lakin edə bilməmisən. Bax, zaman buna yetmir.

Rejissor Heydər Vüqaroğlu: “Radio sökürdüm, maqintafon düzəldirdim”

– Nə olmalı idi, amma olmadı?

– Şükürlər olsun ki, Allah mənə hər istədiyimi verib. Hər şey mənim üçün yaxşı oldu. Yaxşı iş, etibarlı dostlar qazandım. Hal-hazırda “Space Tv”-də yayımlanan həm “Mən böyümüşəm”, həm də “Kokteyl Aysel ilə” verilişinin rejissoru və montajçısıyam.

– Sizcə, indiki rejissorlarda çatışmayan cəhətlər hansılardır?

– Məndən böyük rejissor varsa, mən özümə heç vaxt rejissor demərəm. Altı-yeddi ildir ki, bu sahədə çalışıram. Otuza yaxın klip çəkmişəm. Onların içərisində tanınmışlar da olub, tanınmayanlar da. Amma mən o tanınmayanlara dəstək olmuşam. Onlar da sağ olsunlar, mənim əziyyətimi yerə vurmayıblar. Lakin indiki bir çox dırnaqarası rejissorlar ortaya bir iş qoymadan, heç nə çəkib-yaratmadan özlərini rejissor adlandırırlar. Özünü tərifləməklə deyil, qoy, sənə kənardan qiymət versinlər.

Rejissor Heydər Vüqaroğlu: “Radio sökürdüm, maqintafon düzəldirdim”

– Ümumiyyətlə, bir rejissor gözü ilə həyata baxanda nə görürsünüz?

– Hər bir canlıya, hər bir əşyaya baxanda yaradıcı gözü ilə baxıram. Nəsə yaratmaq istəyirəm.

– Ən yaxşı aktyorlar rejissorlar olur, deyirlər. Sizdə aktyorluq qabiliyyəti varmı?

– Var, amma hələ ki, aktyorluqla məşğul olmuram. Çünki zamanım yoxdur. Başım televiziya layihlərinə qarışıb. Bu barədə dəfələrlə təkliflər almışam, bundan sonra alacağım təklifləri dəyərləndirməyi planlaşdırıram.

Rejissor Heydər Vüqaroğlu: “Radio sökürdüm, maqintafon düzəldirdim”

– Son zamanlarda kinoteatrlarda nümayiş olunan filmlərimizə baxırsınızmı?

– Baxıram, bəyənirəm. Hər şey əladır. Rejissorlarımız ortalığa yaxşı məhsul çıxartmaq üçün əllərindən gələni edirlər.

– Amma bəzən çəkilən filmlər zəif alınır… Problemin kökü nədədir, sizcə?

– Məncə, problem ümumi kollektivdə olur. Heyətdə bir nəfər əksik olmağı ümumi komandaya təsir edir.

– Sizə yaxın olan dramdır, yoxsa komediya?

– Dram. Çünki güldürmək asandır, ağlatmaq çətin.

– Məndə olan məlumata görə, sizə xarici ölkələrdən təkliflər gəlir. Gedib orada yaşayıb-yaratmaq istəmirsiniz?

– Xeyr, mən istəyirəm ki, öz işlərimlə dövlətimə, millətimə xidmət edim . Bir də ki, mən hələ özümə rejissor demirəm.

– Özünüə tam olaraq rejissor demək üçün neçə ilə ehtiyac var?

– Onu tamaşaçılar bilər. Zamanı gələndə layiqi qiymətimi alacağam, inşallah.

– Əvvəllər klip bazarında öz sözlərini deyə bilən bir neçə rejissor var idi. İndi sanki bir az boşluq yaranıb. Niyə barmaqla göstərilən rejissorlardan deyilsiniz?

– Çünki hələ mən o pilləyə çatmamışam. Hər bir rejissorun öz yeri var. Bilmək olmaz, bəlkə vaxt gələcək, tamaşaçılar məni seçəcək?!

Rejissor Heydər Vüqaroğlu: “Radio sökürdüm, maqintafon düzəldirdim”

– Xarici rejissorlarla bizim rejissorlar arasındakı fərqi nədə görürsünüz?

– Əslində bizim rejissorlar heç də xarici rejissorlardan geridə qalmır. Amma xaricdə hər hansı bir klipə, yaxud filmə xərclənən pul bizdəkindən qat-qat çoxdur. Bizdə kəmiyyət az olsa da, keyfiyyət yaxşıdır. Lakin adı üstündə, xarici olduqları üçün elə bilirlər ki, xarici rejissorlar bizimkilərdən bir pillə yuxarıdır.

– İlk filminiz hansı olub?

– İlk filmim “Xəyanət” adlı qısametrajlı bir film olub. Həvəskar bir iş idi. Büdcəsiz çəkdiyim bu filmdə oynayan aktyorlar da öz yetirmələrim idi. Sadəcə olaraq, biz onu bir test etmək üçün çəkmişdik. Bəyənənlər də oldu, paxıllıq edənlər də. Amma biz həmin filmlə çoxlarını ağlada bildik. Ən əsası həmin filmə gələn tamaşaçı rəylərinfən nəticə çıxartdıq, nəyi düz, nəyi səhv etdiyimizi öyrəndik. Həyat davam edir. Yeni layihələr, filmlər üzərində işləyirik. Ən azından bir film mütləq olacaq.

– Bəs televiziyaya gəlişinizi necə xatırlayırsınız?

– Təxminən beş il bundan öncə sevimli aktyorumuz Elnur Hüseynovun məsləhəti ilə TV-yə gəldim. Birlikdə bir layihə işləməyə başladıq. Birinci gün çox həyəcanlı idim. Lakin bacaracığımı bilirdim. Veriliş bitəndən sonra Elnur mənə zəng edib dedi ki, sənə halaldır, bu işin öhdəsindən gəldin. O gündən bu günə qədər televiziyada fəaliyyətim davam edir. Hal-hazırda parallel olaraq bayaq adını çəkdiyim iki verilişdə çalışıram. Bundan başqa “Kokteyl”in aparıcısı Aysel Nazimə məxsus olan “Can” media ilə bir iş birliyimiz var. İnşallah, yaxın zamanlarda bu barədə məlumat verəcəyik. Bundan başqa, jurnalist-ssenarist Cavidan Abdullayev mənə yazdığı bir ssenarini göstərdi, çox bəyəndim. O ssenarini də ekranlaşdırmağı planlaşdıram. Bir daha qeyd etmək istəyirəm ki, məni televizyaya gətirdiyi üçün Elnurun zəhmətini heç vaxt itirmərəm, o cümlədən montajın sirlərini Panturaldan və film sahəsininin incəliklərini mənə izah edən Kənan MM-ə sizin vasitənizlə minnətdarlığımı bildirirəm.

Rejissor Heydər Vüqaroğlu: “Radio sökürdüm, maqintafon düzəldirdim”

– Üzərinizdəki ən böyük haqq atanızınkıdır, yəqin ki…

– Bəli, çünki o mənə 12 yaşımda kamera almasa idi, indi bu yerdə olmazdım. Mənim uşaqlıda oyuncağım texnika olub. Radio sökürdüm, maqintafon düzəldirdim və s. Bir söz var, deyirlər ki, aktyor olmur, aktyor doğulur. Mən də məhz bu peşə üçün doğulduğumu düşünürəm. Mən operator olmuşam. Ümumiyyətlə, bir söz deyim, kamera çəkməyi bacarmayan, aktyor oynunu, montajı bilməyən, rejissor ola bilməz. Bu, mənim subyektiv fikrimdir.

Cavidan Abdullayev

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*