Permanent ustası Sevda Kərimxanova: “Mən işimə canımı qoyuram”

Permanent ustası Sevda Kərimxanova: “Mən işimə canımı qoyuram”

– Sevda xanım, necə oldu ki, bu işə başladınız?

– Mən uzun illər Estoniyada yaşamışam. Orada və Latviyada permanentin incəliklərini öyrənmək üçün kurslara qatıldım. Sonra Azərbaycana gəldim və bu işlə məşğul olmağa başladım. Hətta 2003-cü ildə dırnaq qaynağını Azərbaycana ilk dəfə mən gətirmişəm. Daha sonra bu iş geniş şəkildə yayılmağa başladı.

– Tələbələriniz varmı?

– Bəli, tələbələrim çox olub. Onlar indi hərəsi müstəqil şəkildə fəaliyyət göstərirlər. Düşünürəm ki, onların hər biri mənim layiqli davamçılarımdır.

– Müştərilərinizin sizə qarşı hədsiz bir sevgisi var. Nədir bu sevginin arxasında yatan sirr?

– Mən də onları çox istəyirəm. Mən yanıma gələn müştərilərimlə sonradan rəfiqə oluram. Çünki hər birinə səmimiyyət göstərirəm. Bəlkə də bu sevgi bundan irəli gəlir.

– Bu sahədə nə itirdiniz, nə qazandınız?

– Mən bu sahəyə gələrkən atam və həyat yoldaşım narazı idilər. Onlar istəmirdilər ki, mən bu işlə məşğul olum. Çünki atam mənə 18 yaşımda öz biznesini vermişdi. O iş ürəyimcə deyildi. Bakıda özümə bir salon açmışdım. Böyük ümidlərlə işə başlamışdım. Lakin ailədaxili söz-söhbətə görə o salonu bağladım. Bir müddət işləmədim. Düşünürəm ki, itirdiyim yalnız zaman olub. Amma gec deyil. Mən pozetiv bir insanam və həmişə irəli getmək üçün çalışmışam. İnşallah, gələcəkdə bu iş üzrə böyük bir məktəb açmağı planlaşdırıram.

– Bəs sizi narahat edən nədir?

– Məni narahat edən bəzi müştərilərin məsuliyyətsizliyi və bizim işimizə dəyər verməməsidir.

– İşdənkənar necə birisiniz?

– Təbiətcə çox sakit bir insanam. Mən bura gələndə bir rəfiqəm deyirdi ki, sən Bakıda yaşaya bilməyəcəksən. Bu söz mənim xətrimə dəymişdi. Zaman keçdikcə ona haqq verməyə başladım. Hər halda, mən Bakını və işimi çox sevirəm (gülür).

– Nə olmamalı idi, amma oldu?

– Bəzi şeylər var ki, olmamalı idi, amma oldu. Lakin həyatdır, yaşayırıq və olacaqlardan qaçmaq mümkün deyil.

– Xanımlarla işləyirsiniz… Qadın psixologiyasını tam dərk edə bilmisinizmi?

– Xeyr. Çünki elə adamlar var ki, xaricinə baxanda deyirsən ki, bundan yaxşısı yoxdur. Amma zamanla bunun tam əksini görürsən. Xanımların nə istədiklərini dərk etmək bir az qəliz məsələdir (gülür).

– İşdə əsas nəyə üstünlük verirsiniz?

– İlk öncə, keyfiyyətli iş görmək və müştərini razı salmaq mənim iş prinsipimdir. Bir də ki, mən işləyərkən o işə sözün əsl mənasında canımı qoyuram.

– Sonda xanımlara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki, özlərinə baxsınlar və özlərini həmişə sevsinlər.

Əlaqə: (050) 2292290

Permanent ustası Sevda Kərimxanova: "Mən işimə canımı qoyuram"

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*