Pediatr-neonatoloq Vəfa Atluxanova: “Məni maraqlandıran uşaqların sağlamlığıdır”

Pediatr-neonatoloq Vəfa Atluxanova: “Məni maraqlandıran uşaqların sağlamlığıdır”

– Vəfa xanım, haradan hara gəldiniz?

– Mən 1989-cu ildə Xətai rayonu 98 saylı orta məktəbə qəbul oldum. 2000-ci ildə oranı bitirdikdən sonra Dövlət Tibb Universitetinin pediatriya fakültəsinə daxil oldum. 2008-ci ildə oranı bitirdikdən sonra bir il internatura keçdim və həkim olaraq fəaliyyətə başladım. İşləyə-işləyə dəfələrlə Türkiyədə təkmilləşmə kursları keçdim.

– Öz istəyinizləmi bu sahəni seçdiniz?

– Bəli. Altıncı sinifdə oxuyanda narkozsuz bir əməliyyat keçirtdim. Qərara gəldim ki, həkim olum. İnsanlara yardım edim.

– Niyə məhz pediatriya sahəsinə meyl etdiniz?

– Bu sahəni seçməyim uşaqlara olan sevgimdən irəli gəlir.

– Nədir bu sevginin arxasında yatan sirr?

– Mənə elə gəlir ki, həmişə öndə olmaq, zirvədə olmaq.

– Ailəlisinizmi?

– Bəli, iki övladım var.

– Bu iş ilə ailə həyatı alınırmı?

– Həyatda asan heç nə yoxdur. Hər şey insanın öz əlindədir. İnsan istəsə, hər şey edə bilər.
[
– Hər bir həkimin öz işləmə mexanizmi var. Sizin əsas prinsipiniz nədir?

– Əsas prinsipim xəstədən düzgün anamnez toplamaqdır. Çünki düzgün anamnez hər hansı bir xəstəliyin aşkar olumasına doxsan faiz kömək edir.

– İşdənkənar necə biridir Vəfa xanım?

– Güclü, inadkar, prinsipal. Hədəfə çatmaq üçün çalışan bir insanam.

– Bir pediatr olaraq sizi maraqlandıran nədir?

– Məni maraqlandıran uşaqların sağlamlığı və onların gələcəyidir. Bu işdə pediatların və valideynlərin üzərinə böyük yük düşür.

– Valideynlərə nə məsləhət görürsünüz?

– Valideynlərə məsləhət görürəm ki, uşaqlarının qeydlərinə qalsınlar. Onların xəstələnməklərini gözləməsinlər. Vaxtaşırı öz uşaqlarını proflaktik müayinələrə aparsınlar və həkim nəzarətində saxlasınlar.

– Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

– Ağlıma gəlməzdi ki, insan sağlamlığını qoruyub saxlamaq bu qədər çətin olar.

Həkimlə əlaqə: (050) 5488847

Pediatr-neonatoloq Vəfa Atluxanova: "Məni maraqlandıran uşaqların sağlamlığıdır"
Pediatr-neonatoloq Vəfa Atluxanova: "Məni maraqlandıran uşaqların sağlamlığıdır"
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*