Pediatr – allerqoloq Xəyalə Quliyeva: “Uşaqları kimyəvi dərmanlardan uzaq tutsunlar”

Pediatr – allerqoloq Xəyalə Quliyeva: “Uşaqları kimyəvi dərmanlardan uzaq tutsunlar”

– Xəyalə xanım, zaman sizi haradan hara gətirdi?

– Mən 1998-ci ildə Tibb Universitetinə daxil oldum. 2004-cü ildə oranı bitirdim. 2004-2005-ci ildə internatura keçdim. 2005-ci ildən 2010-cu ilə qədər Sankt-Peterburqda ailə həkimi olaraq işlədim. 2010-ci ildə Azərbaycana qayıtdım, iki il mülki müdafiə və tibbi biliklərin əsasları fənnini tədris etdim. 2012-ci ildən etibarən isə Bakıda pediatr olaraq işləməyə başladım. Müxtəlif klinikalarda çalışdım. Hal-hazırda fəaliyyətimi “Aysmed” klinikasında davam etdirirəm.

– Bu illər ərzində sizi narahat edən məsələ nə oldu?

– Mən sosail şəbəkələrdən çox istifadə edən biriyəm. Son zamanlarda görürəm ki, valideynlər sosail şəbəkə vasitəsilə bir-birinə məsləhətlər verirlər. Öz uşaqlarına yazılan hər hansısa bir dərman preparatını başqa valideynə məsləhət görürlər. Bu, qətiyyən yolverilməzdir. Hər oqranizm fərqlidir. Bu hal məni çox narahat edir. Bundan başqa, son illərdə sosial şəbəkələrdə peyvənd əleyhinə aksiyalar başlayıb. Valideynlər övladlarında olan hər hansı bir xəstəliyi peyvəndlə əlaqələndirirlər. Halbu ki, o xəstəliklərin peyvəndlə heç bir əlaqəsi yoxdur. Misal olaraq deyim ki, qızılca xəstəliyi əvvəlki illərə nisbətən çoxalıb. Bunun da fonunda peyvənddən yayınma halları dayanır.

– İşdənkənar necə birisiniz?

– Xarakter olaraq səmimi biriyəm. Yalanı və xəstələri aldatmağı sevmirəm. Ən azından deyə bilərəm ki, vicdanlı və insaflı bir həkiməm.

– Nədən qorxursunuz?

– Mənim fobiyalarım var. Avtomobil idarə etməyə və üzməyə qarşı fobiyam var. Düşünürəm ki, bu qorxular heç bir zaman keçməyəcək. Amma ümumilikdə isə qorxum yalnız Allahdandır.

– Ailəlisinimzi?

– Bəli, ailəliyəm. Üç övladım var.

– Ailə həyatı ilə bu iş alınırmı?

– Çətin də olsa, alınır. Düzdür, yaxşı həkim olmaqla yanaşı, yaxşı ana olmaq çətindir. Çünki uşalqara istədiyin qədər vaxt ayıra bilmirsən. Hər halda, mən çalışıram ki, balansı qoruyum.

– Nə olmamalı idi, amma oldu?

– Mən cavan yaşda qardaşımı itirmişəm. Həyatımda qırıldığım məqam təkcə bu məqamdır. Amma qismətdə nə varsa, o da olacaq.

– Bir həkim olaraq nəyə qətiyyətlə “yox” deyirsiniz?

– Uşaqlara lazımsız diaqnozları qoymağa və onları kimyəvi dərmanlarla həddindən artıq yükləməyə “yox” deyirəm.

– Oxuculara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki, uşaqlarını kimyəvi dərmanlardan uzaq tutsunlar. Həkimə vaxtında müraciət etsinlər. Əgər gedə bilmirlərsə, pediatrlardan telefon vasitəsilə müəyyən məsləhətlər alsınlar. Uşaqlarını sağlam mühitdə böyütsünlər.

– Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

– Ağlıma gəlməzdi ki, bu and bir gün öz aktuallığını itirəcək. Hazırkı dövrdə dünyanın bir çox ölkələrində artıq Hippokrat andı yox, “həkimlərin etikası kodeksi” istifadə edilir.

Həkimlə əlaqə: (070) 5347353

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*