“Medical Plaza” klinikasının həkimi-kosmetoloq Aysel Məmmədova: “Hər kəslə eyni davranıram”

“Medical Plaza” klinikasının həkimi-kosmetoloq Aysel Məmmədova: “Hər kəslə eyni davranıram”

– Aysel xanım, zaman sizi haradan hara gətirdi?

– Mən uşaqlıqdan gözəllik vurğunu olmuşam. Bu sahəyə gəlməyimin əsas səbəbi də də elə budur. Qeyd edim ki, mən ixstisasca anestezioloq-reanimatoloqam. Tibb Univetsitetini bitirdikdən sonra 2011-ci ilə qədər Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində öz ixtisasım üzrə işlədim. Lakin  kosmetologiyaya olan marağım məni bu yerlərə qədər gətirdi. Müxtəlif ölkələrədə kurslara, seminarlara qatıldım, bu işin incəliklərini öyrəndim. Artıq altı ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm. Üç ildir ki, “Medical Plaza” klinikasında çalışıram.

– Fəaliyyət göstərdiyiniz beş il ərzində nə müşahidə etdiniz?

– Ümumiyyətlə, xanımlarla işləmək həm zövqvericidir, həm də çətindir. Çünki bu işdə incəlik əsas məsələdir. İndiyə qədər pasientlərim məndən razı gediblər. Şükürlər olsun ki, narazı qalan olmayıb.

– Kosmetologiyaya aid bütün prosedurları həyata keçirdirsiniz?

– Bəli, qocalma əleyhinə bütün kosmetoloji prosedurları icra edirəm. Amma pasientdə dermotoloji problem olduqda onu dermatoloqa yönləndirirəm. Bir də ki, süni gellərin əleyhinəyəm. Süni gellərlə olan prosedurları icra etmirəm.

– Ailəlisinizmi?

– Bəli, aiəliyəm.

– Ailə həyatı ilə bu iş alınırmı?

– Alınır. Mənim yoldaşım da elmi dərəcəli həkimdir. O, mənə dəstək olur. Hətta tibb sahəsində bilmədiklərimi də ondan öyrənirəm.

– Bir kosmetoloq olaraq  nəyin əleyhinəsiniz?

– Mən süniliyin əleyhinəyəm. Aşırı, lüzum olmadan icra olunan prosedurların əleyhinəyəm. Hər bir sima individualdır. Xanımların əksəriyyətinin bir-birinə bənzəməsini bəyənmirəm.

– Özünüz öz üzərinizdə hər hansı prosedurları icra edirsinizmi?

– Bəli, edirəm.Yaşıma uyğun, lazım olan prosedurları özümə tətbiq edirəm.

– Sizcə, bir xanımın hansı üz cizgisi daha gözəl olmalıdır?

– Mənim fikrimcə, bütün üz cizgiləri bir-birini tamamlamalıdır. Onda sima daha gözəl olur.

– Xarakter olaraq necə biridir Aysel xanım?

– Mən ətrafımdakı insansanlara qarşı səmimiyəm. Hər kəslə eyni davranıram.

– Nəyə “yox” deyirsiniz?

– Yalana və riyakarlığa yox deyirəm.

– İş prinsipiniz nədən ibarətdir?

– Əsas iş prinsipim gördüyüm işlərdə aseptika və antiseptikaya əməl etməkdir. Estetik mərkəzlərdə deyil, məhz klinikada işləməyimin də əsas səbəbi budur.

– Xanımlara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki, kosmetoloqa vaxtında müraciət etsinlər. Belə bir deyim var, insan kosmetolaqa hansı yaşda müraciət edirsə, o yaşda da qalır. Gözəlləşmək və gözəl qalmaq üçün hər bir xanımın şəxsi həkim-kosmetoloqu olmalıdır və vaxtlı-vaxtında ona müraciət etməlidir. Gözəlliyi əldə etmək asan, qoruyub saxlamaq isə çətindir.

Həkimlə əlaqə: (070) 5010807

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*