Lazeroloq Səbirə Kazımova: “Tük çıxdı-çıxmadı, epilasiyaya getmək lazımdır”

Lazeroloq Səbirə Kazımova: “Tük çıxdı-çıxmadı, epilasiyaya getmək lazımdır”

– Səbirə xanım, tüklərin birdəfəlik aradan götürülməsi nə dərəcədə realdır?

– Bu barədə bizə tez-tez müraciət edirlər. Gün ərzində bol miqdarda maye qəbul edirik və tərləyirik. Bu da tüklərin yenidən əmələ gəlməsinə zəmin yaradır. Bizdə elə düşünürlər ki, lazer epilasiyasına ancaq tüklər yenidən bərpa olduqda getmək lazımdır. Amma elə deyil. Bu prosedura bir müalicə kimi yanaşmaq lazımdır. Tüklər çıxdı-çıxmadı, epilasiyaya getmək lazımdır. Çox vaxt epilasiyadan sonra yaranan tükləri başqa vasitələrlə aradan qaldırmağa çalışırlar. Bu da tüklərin kökünün yenidən “oyanmasına” səbəb olur. Bir də ki, orqanizmdən də çox şey asılıdır. Məsələn, quru dərilərdə biz 3-4 seansdan sonra effekt görürük. Amma yağlı dərilərdə həmin nəticəni almaq çətin olur. Yalnız tüklər tədricən seyrəlməyə başlayır. Əgər mütəmadi olaraq 15-16 seans edilərsə, onda müəyyən bir nəticə almaq olar.

– Bəzi yerlərdə bir neçə seansa tüklərin birdəfəlik yox olmasına zəmanət verirlər. Bu, nə dərəcədə düzgündür?

– Mən həmişə demişəm ki, bizdə bu işi biznesə çeviriblər. Bu, yolveriməzdir. Buna görə də, çox zaman müştərilərlə ilə lazeroloqlar arasında qalmaqal yaşanır.

– Elə nahiyyələr varmı ki, oranı epilasiya etmək olmaz?

– Bəli, məsələn qolun üstü, belin kənarları və s. nahiyyələrə lazer olmaz. Çünki bu nahiyyələrə lazer dəydikdə tüklərin yenidən və daha sıx çıxmasına gətirib çıxardır. Lazeroloqlar bu məqamlara xüsusilə diqqət yetiməlidirlər.

– Sonda bu mövzu ilə əlaqədar xanımlara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki, artıq payız aylarından etibarən kurs şəklində lazerə getsinlər. Düşünməsinlər ki, qışda patarın altında qalır, görünmür və s. İndidən başlasalar, yaya qədər yaxşı nəticə əldə edə bilərlər. Yayda Günəş şüaları daha aktiv olduğuna görə, lazerin çox olunması məsləhət görülmür.

Əlaqə: (050) 6055866

(055) 7635866 (whatsapp)

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*