Kosmetoloq Yazgül Göyüşova: “Heç kimin işini pisləmirəm”

Kosmetoloq Yazgül Göyüşova: “Heç kimin işini pisləmirəm”

– Yazgül xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

– Mən əvvəllər tibb bacısı olaraq fəaliyyət göstərmişəm. Heç özüm də bilmədən məndə bu sahəyə maraq yarandı.

– Neçə ildir ki, kosmetoloq olaraq fəaliyyət göstərirsiniz?

– Artıq üç ildir ki, bu sahədəyəm.

– İşdənkənar necə birisiniz?

– Mən işdə necəyəmsə, işdənkənar da eləyəm. Şən və sakittəbiətli biriyəm. Dostlarım çoxdur, amma məsafə saxlamağı da bacarıram.

– Bu sahədə sizi narahat edən məsələ nədir?

– Həmkarlarımın bəzən bir-birini pisləməsi məni çox narahat edir. Mən heç kimin işini pisləmirəm.

– Sizin paxıllığınızı çəkənlər varmı?

– Bəlkə də var. Amma mən rəqabətə girməyi sevmirəm.

– Hər bir həkimin öz iş mexanizmi var. Sizin iş prinsipiniz nədən ibarətdir?

– Mənim ən əsas prinsipim təbiiliyi qorumaqdır.

– Özünüz öz üzərinizdə hansısa prosedurlar etmisinizmi?

– Bəli, müəyyən prosedurlar icra etmişəm.

– Hansı yaşdan sonra kosmetoloji prosedurlara başlamaq lazımdır?

– O baxır prosedura. Məsələn, qocalmağa qarşı prosedurları 20 yaşdan sonra etmək olar.

– Xanımlar son zamanlarda sizə ən çox hansı prosedurlarla bağlı müraciət edirlər?

– Daha çox burun korreksiyası, plazma liftinq və s. prosedurlarla bağlı müraciətlər olunur.

– Kosmetologiyaya dair bütün prosedurları icra edirsinizmi?

– Bəli, edirəm.

– Tələbələriniz varmı?

– Hələ yoxdur, amma gələcəkdə tələbə götürmək planım var.

– Kosmetologiyanın bu günki vəziyyəti sizi qane edirmi?

– Qənaətbəxş hesab etmək olar.

– Ailəlisinizmi?

– Bəli, ailəliyəm.

– Ailə həyatı ilə bu iş alınırmı?

– Çətin olsa da, alımdırmağa çalışıram.

– Bəylərlə də çalışırsınızmı?

– Xeyr, yalnız xanımlarla çalışıram.

– Qadın necə bir varlıqdır?

– Qadınlar hərdən mürəkkəb, hərdən də asan olurlar. Hər qadının özünəməxsus xarakteri var.

– Xanımlara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki, öz gözəlliklərinin qeydinə vaxtında qalsınlar. Sonra gec ola bilər.

– Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

– Ağlıma gəlməzdi ki, bu işi bu qədər sevərəm.

Həkimlə əlaqə: (070) 6067001

Kosmetoloq Yazgül Göyüşova: "Heç kimin işini pisləmirəm"
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*