Kosmetoloq Günel Novruzova:”Fillerlər ziyansız və əvəzolunmazdır”

Kosmetoloq Günel Novruzova:”Fillerlər ziyansız və əvəzolunmazdır”

Günel xanım, fillerlər nədir və nə üçün istifadə edilir?

– Fillerlər təbii dolğulardır. Üzdə müəyyən prosedurlar, məsələn, üz qırışlarının aradan götürülməsində, üz korreksiyasında və s. istifadə olunur.

– Filler hansı proseduru əvəz edə bilirmi?

– Elə prosedurlar var ki, yalnız fillerlər vasitəsilə həyata keçirdilir. Bu baxımdan, deyə bilərik ki, fillerlər əvəzolunmazdır.

– Bəs fillerlərin qalıcılıq müddəti nə qədərdir?

– 6-7 aydan iki ilə qədər ola bilər.

– Ola bilərmi bə vaxtda fillerlərin bir fəsadı meydana çıxsın?

– Fillerlərlərin tərkibi tam təbii maddələrədən ibarətdir. Ziyanı yoxdur. Lakin bəzən elə olur ki, keyfiyyətsiz məhsullar olduqda müəyyən fəsadlar meydana çıxır. Biz həmişə keyfiyyəti yüksək olan məhsullardan istifadə edirik.

– Bədəndə tədricən sovrulan fillerlər neçə müddətdən sonra bərpa oluna bilər?

– Əgər bir illik fillerdirsə, səkkiz-on ay, bir il sonra bərpa edilə bilər.

– Filler daha çox hansı nahiyyələrdə istifadə edilir?

– Daha çox dodaqda, yanaqda, alının qırışlarının açılmasında fillerlərdən istifadə olunur.

– Son olaraq xanımlara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki, süni dolğulardan qaçsınlar, fillerlərdən istifadə etsinlər.

Əlaqə: (055) 3868678

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*