Kosmetoloq dr. Nigar Səfərova: ” Hər pasientə öz doğmam kimi baxıram”

Kosmetoloq dr. Nigar Səfərova: ” Hər pasientə öz doğmam kimi baxıram”

– Nigar xanım, necə oldu ki, kosmetoloq oldunuz?

– Dərimdə yaranan problem  məni bu sahəyə gətirdi. Çox həkimlərə müraciət etsəm də, çarəsini tapmadılar. Bu zamam məndə kosmetologiyaya maraq yarandı və  bu sahəni öyrənib öz dərimi özüm müalicə etdim.

– Kimdən öyrəndiniz bu sənəti?

– Mən Türkiyədə ixtisas kursu keçdim. Bundan başqa, xarici ölkələrdən gələn kosmetoloqların seminarlarında iştirak etdim.  Öz üzərimdə işlədim və artıq beş ildir ki, bu sahədəyəm.

– Bu beş il ərzində nə müşahidə etdiniz?

– Özüm əvvəllər dərim ilə bağlı problem yaşadığım üçün hər bir pasienti yaxşı başa düşürəm. Bacardığım qədər onlara mənəvi və fiziki olaraq köməklik göstərməyə çalışıram. Düşünürəm ki, insanların rəğbətini qazana bilmişəm.

– İcra edə bilmədiyiniz bir prosedur varmı?

– Xeyr, kosmetologiyaya aid bütün prosedurları həyata keçirdirəm.

– İş prinsipiniz necədir?

– Hər bir pasientimə öz doğmam kimi baxıram. Onları pul kisəsi kimi görmürəm. Hətta elə vaxtlar olub ki, pasientlərdən pul götürməmişəm.

– Xanımlar ilk öncə hansı prosedurdan yararlanmalıdırlar?

– İlk öncə dərinin təmizlənməsi lazımdır ki, bu da on səkkiz yaşdan sonra olmalıdır. Digər prosedurlar isə yaş həddinə baxmır.

– Özünüz hansısa prosedurlardan faydalanmısınızmı?

– Bəli, ehtiyac olduqda özüm də edirəm.

– Bəzən xanımlar yerli-yersiz müəyyən prosedurlar etdirmək istəyirlər. Onlara münasibətiniz necədir?

– Bəli, razıyam. Hər şey əndazəsində olanda gözəl olur. Biz pasientlərə bu yönümdə məsləhətlərimizi veririk. Təbiiliyi qorumağın tərəfdarıyam.

– Bir kosmetoloq olaraq sizi narahat edən məsələ nədir?

– Süni və ucuz dolğulardan istifadə edilməsi məni narahat edir. Çox zaman biz o dolğuların fəsadlarını aradan qaldırmaq məcburiyyətində qalırıq.

– Ümumiyyətlə, dolğular neçə müddətdən bir yenilənməlidir?

– Təbii olduğuna görə, ən azından yeddi aydan bir yenilənmə aparılmalıdır.

– Bu sahədə görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?

– Elə ciddi bir şey yoxdur. Çünki tibbdə olan yeniliklər gec də olsa, bizə gəlib çatır.

– Hansı aparatlarla çalşırsınız?

– Ən son model aparatlarla çalışıram. Bütün kosmetoloji prosedurları yerən yetirmək üçün avadanlıqlarımız var.

– Yalnız xanımlarla çalışırsınız, yoxsa?

– Bəli, yalnız xanımlara xidmət göstərirəm

– İşdənkənar necə biridir Nigar xanım?

– İşdə necəyəmsə, evdə də eləyəm (gülür).

– Ailəlisinizmi?

– Bəli, ailəlim.

– Kosmetoloq olmaq üçün ilk növbədə nə lazımdır?

– İlk növbədə tibbi bilik və fantaziya lazımdır. Tibbi savadı olmayanlar bu səhədə axıra qədər gedə bilmir.

– Xanımlara nə məsləhət görürsünüz?

– Hər yaşda gözəlliklərinin qeydinə qalsınlar. Özlərinə diqqət və qulluq etsinlər.

Həkimlə əlaqə: (055) 5216171

Kosmetoloq dr. Nigar Səfərova: " Hər pasientə öz doğmam kimi baxıram"
Kosmetoloq dr. Nigar Səfərova: " Hər pasientə öz doğmam kimi baxıram"
Kosmetoloq dr. Nigar Səfərova: " Hər pasientə öz doğmam kimi baxıram"
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*