Həkim-kosmetoloq Aynur Əlizadə: “Zamanla bu işi çox sevdim”

Həkim-kosmetoloq Aynur Əlizadə: “Zamanla bu işi çox sevdim”

– Aynur xanım, haradan hara gəldiniz?

– Mən on səkkiz il Ukraynada yaşadığım üçün tibb akademiyasını da orada bitirdim. Oranı bitirdikdən sonra Bakıya gəldim. Üç ay sonra “Lazer beauty” də işə düzəldim. Beş ilə yaxın orada çalışdım. Bu gün də fəaliyyətimi davam etdirirəm.

– Siz işinizi bu qədər çox sevirsiniz. Nədir bu sevginin arxasında yatan sirr?

– Mən Ukraynada oxuyanda bir kosmetoloqun yanına gedirdim. Orada daha çox aparat komsetologiyası və permanent var idi. Həmin xanım mənə dedi ki, sən permanenti öyrənsən, yaxşı işləyə bilərsən, Bakıda böyük uğur qazanarsan. Ancaq mənim marağım sırf kosmetologiyaya yarandı. Bakıya gəldim. Özümü bir sıra işlərdə sınamaq istədim, amma gördüm ki, alınmır. Özümü kosmetologiya sahəsində tapdım. Həyat elə gətirdi ki, dr. Rəna xanmıla tanış oldum və o, mənə etimad göstərib oz komandasına götürdü. Sağ olsun, mənim bu sahədə bünövrəmi o qoydu. Zaman keçdikcə, bu işin incəliklərini daha dərindən öyrəndim. Qısa zaman kəsiyində böyük uğur qazandım. Bakıda bəlkə elə bir kosmetoloq yoxdur ki, qısa zamanda mənim qədər uğur qazana bilsin. Bu baxımdan, şanslıyam və özümlə fəxr edirəm.

– İşdənkənar necə birisiniz?

– Əslində şıltaq biriyəm. İşimi çox sevirəm. Amma işimlə bərabər dincəlməyi də xoşlayıram. İşdən sonra dostlarıma, yaxınlarıma vaxt ayırıram. Dincəlirəm. İşləməklə yanaşı, istirahət etməyi də bacarmaq lazımdır.

– Ailəlisinizmi?

– Xeyr, ailəli deyiləm.

– Sizcə, ailə həyatı ilə bu iş nə dərəcədə alınar?

– Mən ailəcanlı biriyəm. Anamla yaşayıram. Məni evə dartan bir qüvvə var. Ailə qursam, övladlarım olsa, məni evə çəkəcək qüvvə ikiqat artacaq.

– Nəyə “yox” deyirsiniz?

– Pasientlərim məndən aşırı dərəcədə hansısa bir prosedur istəyəndə, yox deyirəm. Çalışıram ki, öz məsləhətlərimi həmişə onlara verim.

– Yaxşı məqama toxundunuz. Şəhərdə sanki bir standartlaşma var. Çoxları eyni görkəmdədir. Bu, nədən irəli gəlir?

– Çünki hər kosmetoloq pasientlərə məsləhət vermir. Pasient nə istəsə, onu edir. Məsələn, elə üz cizgiləri var ki, ona müəyyən prosedurları etmək olmaz. Aşırı dərəcədə olunan prosedurların fəsadları olur. Bir də ki, məhsulun keyfiyyətindən də çox şey asılıdır. Mən həmişə təbii və keyfiyyətli məhsullarla işləyirəm.

– Özünüz öz üzərinizdə hansısa prosedurları həyata keçirtmisinizmi?

– Yaşım çox olmadığına görə hələ ki, dəriyə qulluq prosedurları edirəm. Çünki ilk öncə dəriyə əhəmiyyət vermək lazımdır. Çalışmaq lazımdır ki, dəri çox yağlı və quru olmasın. Kontur plastika ikinci dərəcəlidir.

– İş prinsipiniz necədir?

– Öz üzərimdə dayanmadan çalımaqdan ibarətdir.

– Bütün prosedurları həyata keçirdirsiniz?

– Bəli, həm aparat, həm də ineksiyon kosmetologiyaya aid bütün prosedurları edirəm.

– Bəs ən çox sevdiyiniz prosedur hansıdır?

– Hamı bilir ki, dodaq dolğularını çox sevirəm.

– Oxuculara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki, kosmetoloji prosedurlara vaxtında başlasınlar. Çünki 25 yaşdan sonra dəri qocalmağa başlayır. Hər şeyi vaxtında etmək lazımdır. Bir də məsləhət görərdim ki, pasientlər seçdikləri həkimə axıra qədər güvənsinlər
.
– Mən əynimə ağ xalatı geyniərkən ağlıma gəlməzdi ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

– Ağlıma gəlməzdi ki, məşhur bir həkim olaram. Mən həkim yox, jurnalist olmaq istəyirdim. Amma anam məni həkimliyə yönəltdi. Allah onun canını sağ etsin. Zamanla bu peşəni sevməyə başladım. Ağlıma gəlməzdi ki, nə zamansa bu sahədə ad qazanaram.

Həkimlə əlaqə: (050) 8871718

Həkim-kosmetoloq Aynur Əlizadə: “Zamanla bu işi çox sevdim”
Həkim-kosmetoloq Aynur Əlizadə: “Zamanla bu işi çox sevdim”
Həkim-kosmetoloq Aynur Əlizadə: “Zamanla bu işi çox sevdim”
Həkim-kosmetoloq Aynur Əlizadə: “Zamanla bu işi çox sevdim”
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*