Endokrinoloq-dietoloq Nəzrin Hüseynova: “Yağlardan qədərində istifadə etmək lazımdır”

Endokrinoloq-dietoloq Nəzrin Hüseynova: “Yağlardan qədərində istifadə etmək lazımdır”

– Nəzrin xanım, yağ insan orqanizmi üçün nə dərəcədə əhəmiyyətli bir elementdir?

– Yağ çox əhəmiyyətli elementdir. Bəzən soruşurlar ki, evdə xörəklərə heç yağ vurmamaq nə dərəcədə düzgündür? Tamamilə yalnışdır. Bizim dərimizə yağ mütləq lazımdır. Yağ bizim dərimizi qoruyur, elastikləşdirir və təravətli saxlayır. Eyni zamanda, yarana biləcək çatlardan qoruyur ki, bunun da nəticəsində dəriyə enfeksiya düşməsinin qarşısı alınmış olur. Yağ olmadıqda, dəriyə infeksiya düşməyinin və yaraların əmələ gəlməyinin ehtimalı çoxdur. Məsələn, idmançılar yağdan istifadə etmirlər. Ona görə də, onların dəriləri quru olur və bəzən çatlar əmələ gəlir. Bu baxımdan, biz onlara az miqdar da olsa, yağ qəbul etməyi məsləhət görürük.

– Yağ çatışmazlığı olduqda orqanizmdə daha hansı proseslər gedir?

– Yağ az olduqda bədəndə olan selikli qişalar şişir. Öd kisəsinin bağırsağa keçən hissəsində xoledox adlı bir hissə var. O, çox adamda anadangəlmə əyri olur. Yağı az istifadə etdikdə daha da əyriləşir və öd bağırsağa keçə bilmir. Nəticə etibarilə, öddaşı xəstəliyi əmələ gəlir. Bu xəstəlikdən qorunmaq üçün bizə mütləq yağ lazımdır. Onu da deyim ki, yağlar beynimizin yaxşı inkişaf etməsi üçün də vacib bir faktordur.

– Bəs yağın orqanizmə hər hansı bir mənfi təsiri varmı?

– Həddindən çox istifadə edildikdə qaraciyərə ziyandır. Xolestrinin artımına səbəb olur. Məsələn, biz kabab yeyəndə onun üzərindən yağ damcıları axır. Bu baxımdan, kabab tam zərərsiz bir qidadır. Amma onun quyruq hissəsi, yaxud da qazın, ördəyin, toyuğun və s. dəriləri mütləq kəsilib atılmalıdır.

– Bu mövzu ilə bağlı oxuculara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki, yağlardan qədərində istifadə etsinlər. Xüsusilə də zeytun və kərə yağlarından faydalanmağa çalışsınlar.

Həkimlə əlaqə: (050) 2712626

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*