Dr. Elnur Əliyev: “Bu növ infeksiyalar daha çox cinsi yolla keçir”.

Dr. Elnur Əliyev: “Bu növ infeksiyalar daha çox cinsi yolla keçir”.

– Elnur həkim, özünüz barədə məlumat verin, zəhmət olmasa.

– Mən universiteti Rusiya Federasiyasında oxuyub bitirmişəm. Elə uzun zaman orada çalışmışam. Səkkiz aydır ki, Bakıdayam və xalqa xidmət göstərirəm.

– Son zamanlarda sizə daha çox hansı xəstəliklərələ bağlı müaricət edirlər?

– Son zamanlarda həm qadınlarda, həm də kişilərdə müxtəlif xəstəliklərlə qarşılaşırıq. Daha çox sidiyə tez-tez getmə, göynəmələr, sonsuzluq kimi xəstəliklər müşahidə edirik. Bu xəstəliklərin də mənbəyi müxtəlif infeksiyalar sayılır. Bəzən də müayinəsiz müxtəlif antibotiklərin təyin edilməsi təhlükəni daha da böyüdür. Bu baxımdan, biz ilk öncə xəstəliyin mənbəyini araşdırıb sonra müalicə üsulu təyin edirik.

– Bəs bu infeksiyaların mənbəyi nədir?

– Əsasən, cinsi həyat tərzinin düzgün yaşanmaması, eləcə də gigyenik qaydalara riayət olunmaması və s. Çünki bu növ infeksiyalar daha çox cinsi yolla keçir. Bu infekisalar kişilərdə cinsi zəifliyə, hətta sonsuzluğa qədər gətirib çıxarda bilir.

– Sözü gedən xəstəliklər genetic ola bilərmi?

– Genetik olma ehtimalı çox az, 4-5 faiz ola bilər.

– Pasientlərinizin hamsını əməliyyat yolu ilı müalicə edirsiniz, yoxsa dərman preparatlarına üstünlük verirsiniz?

– Xeyr, bütün xəstəliklər əməliyyatla müalicə olunmur. Qadınlarda daha çox anomaliyalar olur. Sidik kanalı uşaqklıq yoluna açılır. İnfeksiya uşaqlıq yoluna keçirsə, o zaman əməliyyata edirik.

– Bəs türkəçarələrdən istifadə edilməsini necə qəbul edirsiniz?

– Elə təbii otlar var ki, onlar dərman xarakterlidir. Məsələn, kəklikotu sidikqovucu kimi istifadə edilir. Ancaq yenə də həkim məsləhəti ilə qəbul olunmalıdır.

– Bu tip xəstəliklər müalicədən sonra yenidən yarana bilərmi?

– Biz heç bir xəstəliyin tam bərpasına yüz faizlik zəmanət vermirik. Amma doxsan faiz təminat veririk. Hətta bu yaxınlarda bir pasientimizda otuz ildir müalicə olunmayan bir xəstəliyi müasir aparatlarla klinikamızda müalicə etdik.

– İnfeksiyaların ilk olaraq fəsadları nələrdir?

– İnfeksiya çox yerləşibsə, göynəmələr, sidiyə tez-tez getmək kimi hallar, eləcə də, prostatda zəiflik, xayalarda kişi hormonununun azalması kimi hallar baş verir.

– Bu xəstəliklərin xroniki olmaq ehtimalı varmı?

– 85 faiz pasientlərdə xroniki olaraq gedir.

– Pasientlərinizə əməliyyatdan sonra hansı növ pəhrizi məsləhət görürsünüz?

– Duzun miqadarını azaltmalarını, bol maye qəbul etmələrini və s. məsləhətlər veririk. Maye dedikdə, çay yox, daha çox təmiz su tövsiyə olunur. Çünki çayın özündə ədə kofein var. Bu da orqanizm üçün ziyandır. Yaxud da kompot şirəsi şəkərli diabetdən əziyyət çəkən xəstələrə mənfi təsir göstərə bilər.

– Əgər bir adam tez-tez sidiyə gedirsə, bu o deməkdir ki, onda barəsində danışdığımız xəstəliklərdən hər hansı biri var?

– Yüngül soyuqdəymə nəticəsində də insan tez-tez sidiyə gedə bilər. Əgər bu hal bir-iki həftə davam edirsə, o, mütləq müayinə olunmalıdır. Yaxud da bir neçə gün sidiyə tez-tez gedirsə, onda başqa əlamətlər yoxdursa, bu , normal sayıla bilər.

– Son olaraq, nə demək istərdiniz?

– Demək istəyirəm ki, ailə qurmazdan öncə cütlüklər mütləq həkim müayinəsindən keçsinlər. Ən azından sonsuzluğun qarşısını vaxtında almaq mümkün olsun. Bundan başqa, xanımlar gigyenik qaydalara riayət etsinlər və öz gözəllikləri ilə yanaşı, sağlamlıqlarının da qeydinə qalsınlar.

Dr. Elnur Əliyev
Rusiya Uroloqlar və Onkouroloqlar cəmiyyətinin üzvü

Telefon: (050) 3590073
(070) 7130073
Whatsapp: +79881710073

Facebook: Uroloq_onkoloq Elnur Eliyev

Mail: [email protected]

 

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*