Dermatoloq Könül Hüseynova” Düzgün diaqnoz çox önəmlidir”

Dermatoloq Könül Hüseynova” Düzgün diaqnoz çox önəmlidir”

– Könül xanım, son zamanlarda sizə daha çox hansı dəri xəstəlikləri ilə bağlı müraciətlər olur?

– Daha çox alın və üz nahiyyəsindəki, üzətrafı və kürəkdəki səpkilərlə bağlı müraciətlər olur. Xüsusən də 16-21 yaşlı inanlar bu problemlə daha çox üzləşirlər. Bu problemləri aradan qaldırmaq üçün ilk növbədə düzgün diaqnoz lazımdır. Biz ilk növbədə hormonları və mədə-bağırsaqları yoxlatdırırıq. Əgər hormonoloji problem, yaxud da bağırsaqda qurd, qəbzlik varsa, səpkilər əmələ gələ bilər. Bu baxımdan, hər hansı potologiyanı aradan götürməmiş səpkilər tam getmir. Bəzən dəridən də yaxma analiz götürürük. Dermatik gənənim olub-olmamasına baxırıq.

– Dəridəki səpkiləri hansı müalicə üsulu ilə aradan qaldırırsınız?

– Müayinəsi elə də çətin deyil. Amma uzunmüddətli ola bilər. Biz ilk növbədə dərinin yağlılığını aradan qaldırırıq. Onda iltihabi səpkiləri müalicə etmək daha asan olur. Müalicə müddəti altı aydan bir ilə qədər davam edir. Pasientlərin çoxu yetkinlik dövründə olduğuna görə, onlara çox dərman yaza bilmirik. Bu baxımdan onların müalicəsi bəzən üç ay da çəkə bilir.

– Səpkilərin müalicəsindən sonra bəzən çapıqlar da qalır. Onları necə aradan qaldırırsınız?

– Pasientlər ondan da narahat olmasınlar. Çapıqlar yüngül olduqda bir seansa, daha kəskin olduqda isə iki-üç seansa həmin çapıqları lazer vasitəsilə aradan qaldırırıq. Bu həm də pasientin yaşından asılıdır. Az yaşlıları bir seansa, nisbətən yuxarı yaş qrupuna aid insanları isə iki-üç seansa müalicə edirik.

Həkimlə əlaqə: (055) 5411090

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*