Cərrah fleboloq Afaq Zahidova: “Hamiləlik varikozun yaranmasında əsas risk faktoru hesab olunur”

Cərrah fleboloq Afaq Zahidova: “Hamiləlik varikozun yaranmasında əsas risk faktoru hesab olunur”

– Afaq xanım, hamiləlik zamanı varikoz barədə nə demək olar?

– Hamiləlik zamanı varikoz aktual məsələlərdən biridir. Ümumiyyətlə, xanımlarda varikoz xəstəliyini üzə çıxardan səbəblərdən biri də hamiləlikdir. Hamiləlik varikozun yaranmasında əsas risk faktoru hesab olunur.  Belə ki, hamiləlik zamanı artmış progesteron hormonu uşağın inkişafı üçün uşaqlığın divarını boşaltdığı kimi damar divarina da təsir edir və nəticədə qanın daha cox depolanmasına ve damar divarinin genişlənməsinə səbəb olur. Bundan başqa, varikoza irsi meyllilik, hamilə vaxtı az hərəkətlilik, çəkinin artması və s. kimi hallar da varikozun əmələ gəlməsinə səbəb ola bilər.

– Bəs hamilə bir xanımda varikozun olub-olmadığını necə təsbit etmək olar?

– Yaxşı olar ki, hamiləlidən öncə müayinə olunsun və bu problem aradan qaldırılsın. Əgər bir xanımın anasında və ya atasında belə xəstəlik varsa, onda da varikozun yaranma ehtimalı var. Bu baxımdan, biz dopler müayinə aparırıq. Bəzən elə olur ki, xanımlarda hamiləlik vaxtı ayaqda şişkinliklər olur. Düzdür bunu təkcə varikozla əlaqləndirmək olmaz. Bəzən də ayaqda damarlar açıq-aydın görünmür. Hər halda, müayinələrdən sonra biz hamilə xanımda varikoz aşkarlasaq, ölçüyə uyğun trikataj təyin edirik ki, tromblaşmanın qarşısını alaq.

– Bəs varikozun müalicəsini necə aparırsınız?

– Hamiləlik dövründə yalnız trikatajdan istifadə edirik. Pasientə çox hərəkət etməyi, bol su içməyi və s. məsləhət görürük.

– Varikoz hamiləliyin gedişatına təsir edirmi?

– Əgər xanım trikatajdan istifadə etmirsə, uşağın çəkisi artdıqca, onun ayağındakı damarlar daha qabarıq görünəcək. Bundan başqa, hamiləliyim sona yaxın itirilmiş qanın bərpa olunması üçün qanın laxtalanması artır. Bu da tromblaşmaya gətirib çıxarda bilər. Ona görə də, xanımlara trikatajdan istifadə etməklərini məsləhət görürük.

– Hamilə xanımda varikoz varsa, onun dünyaya gətirdiyi körpədə də ola bilərmi?

– Əgər anada varsa və doğulan körpə qız uşağıdırsa, gələcəkdə onda varikozun olma ehtimalı əlli faizdir. Amma olmaya da billər. Əksər hallarda bu, qızlarda özünü biruzə verir.

– Sonda bu mövzü ilə əlaqədar nə demək istərdiniz?

– Məsləhət görürəm ki, varikozu olan hamilə xanımlar doğuşa ayaqlarında trilatajla daxil olsunlar. Varikoz olduğu halda, təbii doğuşdan qorxmasınlar. Hamiləliyi sonlandırıdqdan  sonra ilk altı həftə ərzində trikatajı çıxartmasınlar və mütəmadi olaraq müayinəyə gəlsinlər.

Həkimlə əlaqə: (070) 2229911

Cərrah fleboloq Afaq Zahidova: "Hamiləlik varikozun yaranmasında əsas risk faktoru hesab olunur"
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*