Bədən korreksiyası üzrə mütəxəssis Sevinc Ağakişiyeva: ” Xanımların rəğbətini qazana bilmişəm”

Bədən korreksiyası üzrə mütəxəssis Sevinc Ağakişiyeva: ” Xanımların rəğbətini qazana bilmişəm”

– Sevinc xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

– Mən hər zaman istəmişəm ki, xanımlar öz gözəlliklərinə inansınlar, güvənsinlər. Mən də onların gözəlliklərinə bir gözəllik qatmaq üçün bu işə başladım. Artıq dörd ildir ki, bu sahədəyəm. Bilirsiniz ki, ekoloji pozuntular xanımların da həm gözəlliklərinə, həm də sağlamlıqlarına təsir edir. Son zamanlarda xanımların çoxusu artıq piylərdən əziyyət çəkirlər. Biz də bacardığımız qədər onlara köməklik göstərməyə çalışırıq. Mən deyərdim ki, qısa zaman kəsiyində öz işimlə xanımların rəğbətini qazana bilmişəm.

– İş prinsipiniz nədir?

– Düzdür, bu sahədə çalışan insanların sayı kifayət qədərdir. Amma mən ən birinci pasientlərimin güvənini qazanmağa çalışıram.Ən əsası isə hər bir xanıma öz probleminə görə individual yanaşmaq lazımdır.

– İşdənkənar necə biridir Sevinc xanım?

– Mən işdə necəyəmsə, işdənkənar da eləyəm. Səmimi biriyəm. Ümumiyyətlə, mən günün 13 saatı işdə oluram. İşdən sonra qalan vaxtımı isə övladlarıma sərf edirəm.

– Deyirlər ki, su insan orqanizmi üçün çox faydalıdır. Gün ərzində nə qədər su içmək lazımdır?

– Bəli, su dərini vaxtından öncə qocalmaqdan qoruyur, onu nəmləndirir. Hər bir insan gün ərzində öz çəkisinə uyğun olaraq ən azı iki litr su içməlidir. Amma axşam saat yeddiyə qədər. Yeddidən sonra isə ehtiyaca uyğun su içilməlidir. Su həm də artıq piyləri əritməyə də kömək edən bir vasitədir.

– Sizin aparatlar vasitəsilə insanlar artıq piylərdən nə qədər müddətə azad olurlar?

– Mənə müraciət edən heç bir pasientə öncədən zəmanət vermirəm. Çünki tibbdə yüz faizlik nəticə yoxdur. Amma biz beş-altı seansdan sonra artıq nəticə əldə etməyə başlayırıq. Bizim aparatın özəlliyi budur ki, o, piyləri maye halına gətirir və həmin maye metobalizma yolu ilə tədricən bədəndən xaric olur.

– Xanımlar arıqlamaq üçün niyə məhz aparatlardan istifadə etməyə üstünlük verirlər?

– Çünki aparat vasitəsilə arıqlamaq daha məqsədə uyğundur. Məsələn, xanımlar pəhriz saxlayarkən istədikləri nahiyyələrdə yox, digər nahiyyələrdə arıqlama baş verə bilər. Biz aparat vasitəsilə birbaşa həmin nahiyyəyə nüfuz edirik.

– Aparatların insan orqanizminə hər hansı bir ziyanı ola bilərmi?

– Qətiyyən, ola bilməz. Çünki biz aparat vasitəsilə yalnız piy qatına nüfuz edirik.

– Bəylərlə də çalışırsınızmı?

– Xeyr, yalnız xanım pasientləri qəbul edirəm.

– Oxuculara nə məsləhət görürsünüz?

– Xanımlara məsləhət görürəm ki, əgər bir kompleksləri varsa, depressiyaya düşməsinlər. Hər bir şeyin çarəsi var. Bizə müraciət etsinlər. Hər zaman onların qulluğundayıq.

– Mən həkimlik peşəsini seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

– Ağlıma gəlməzdi ki, mən bu işi bu qədər sevəcəyəm və özümü bu peşəsiz təsəvvür etməyəcəyəm.

Əlaqə: (050) 3323128

Bədən korreksiyası üzrə mütəxəssis Sevinc Ağakişiyeva: " Xanımların rəğbətini qazana bilmişəm"
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*