Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

– Nigar xanım, siz də sənət üçün doğulanlardansınız?

– Mən dəfələrlə doğulsaydım, yenə də aktrisa olardım. Çünki bu sənətə çox bağlıyam, nəfəs alıram sanki bu sənətlə. Ona görə də, düşünürəm ki, sənət üçün doğulmuşam.

– Artıq neçə ildir ki, sənətdəsiniz?

– 12 ildir.

Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

– Bu on iki il ərzində sizə çətin görünən nə oldu?

– Başım çox daşa dəydi. Mən heç vaxt qalmaqala gedən adam olmamışam. Amma ətrafımda paxıl insanlar çoxdur. Məsələn, elə aktirsalar var ki, kastinqlərə gedirlər, xəbər etmirlər. Yaxud da hər fürsətdə səni yıxmağa çalışırlar. Bax, bu və bunun kimi bir çox məqamları gördüm, indi də görürəm.

– Hal-hazırkı mövqeyinizdən razısınızmı?

– Razıyam, çünki bu sənətdə nə əldə etmişəmsə, öz gücümə etmişəm. pillə-pillə qalxmışam.

Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

– Real həyatda impravizə edə bilirsinizmi?

– Mən həyatda rola gilmirəm. Nə varsa, səhəhnədə qalır.

– Zərurətdə yalan danışırsınızmı?

– Əgər yaxşılığa səbəb bir yalan olacaqsa, bəli, danışıram.

Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

– Ailəlisinizmi?

– Xeyr, təzəlikcə nişanlanmışam.

– Nişanlınız sənət adamıdırmı?

– Xeyr, onun sənətlə heç bir əlaqəsi yoxdur.

Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

– Sizi aktrisa kimi qəbul edibmi?

– Edib. Çünki o bilir ki, mən sənətə necə təmiz gəlmişəm.

– Çalışdığınız Bakı Bələdiyyə Teatrında vəziyyət necədir?

– Şükürlər olsun, çox yaxşı kollektivin arasındayam. Amaliya xanım sağ olsun, çox güclü və mehriban bir kollektiv formalaşdırıb. Bizdə birlik təkcə səhndə deyil, həyatda da dostuq. Təəəsüf edirəm ki, teatra çox gec gəldim. Xeyli vaxt itirmişəm.

Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

– Teatrta gəlişiniz necə oldu?

– Müəyyən səbəblərə görə, teatrlara getmək istəmirdim. Amma Amaliya xanıma təşəkkür edirəm ki, mənimlə ilk tanışlıqdan sona mənə baş rol verdi. Öhdəsindən gəldim. Onun etimadını doğrultdum. Artıq iki ildir ki, sözügedən teatrda çalışıram.

– Siz həm də KVN teatrında çalışırsınız. Sizə dahaçox dram janrı yaxındır, yoxsa komediya?

– Rejissorlar nədənsə məni komik obrazlarda görürlər. Ama mənə yaxın olan dram janrıdır. Rejisorlar, yəqin ki, bunu nə vaxtsa görəcəklər (gülür).

Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

– Kifayət qədər gözəl xanımsınız. İndiyə qədər sevgi təklifləri almamış olmazsınız. Bəs niyə indiyə qədər ailə qurmaq barədə düşünməmisiniz?

– İndiyə qədər ürəyimcə olan biri olmamışdı. Həm də ailə qurmaq xatirinə ərə getmək istəmirdim. Amma indi özümü ailə qurmağa tam hazır bilirəm və ilk dəfədir ki, bir insanı bu qədər sevirəm.

Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

– Buna tam əminsinizmi?

– Bəli, ikitərəfli əminəm.

– Geyim baxımından kompleksiniz yoxdur. Açıq-saçıq səhnələrə çəkilərsinizmi?

– Qətiyyən! Çəkilməmişəm, çəkilməyəcəyəm də. Bizim dahi aktyorlarımızın heç biri belə səhnələrdə oynamayıb.

– Amma o vaxtlar elə səhnələr yox idi. İndi-indi Azərbaycan tamaşaçısını alışdırmağa çalışırlar belə səhnələrə.

– Sizi inandırım ki, heç vaxt alışdıra bilməyəcklər.

Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

– Hazırkı qononarlar sizi qane edirmi?

– Digər ölkələrlə nisbətdə aktyorların qazancına görə buranın qazancından şikayətçi deyiləm.

– Təsirə düşürsünüzmü?

– Heç vaxt təsir asltına düşmürəm, həmişə öz ağlımla hərəkət edirəm.

Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

– Bu mühit sizi dəyişdimi?

– Qətiyyən, heç vaxt da dəyişməyəcək. Bəziləri üç-dörd filmə çəkilib özlərini “ulduz” hesab edir. Onları başa düşə bilmirəm. Axı niyə?!

– Az da olsa, xasiyyət baxımından da dəyişmədiniz?

– Necə insan idimsə, elə də qalmışam. Sadəcə olaraq, həyat təcrübəm artıb.

Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

– Pis vərdişləriniz varmı?

– Siqaret çəkmirəm, amma məclislərdə az miqdarda içki qəbul edə bilərəm.

– Şərabdan başqa sizinə məst edə bilər?

– Sevgi.

Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

– Deyəsən, bərk vurulmusunuz…

– Bəli, elədir (gülür)

– Plastik əməliyyat etdirmisinizmi?

– Bəli, burnumla bağlı kompleksim var idi. Yalnız burnuma cərrahi müdaxilə olunub, başqa heç bir yerimə.

– Səhnəyə qalxmaq çətindi, yoxsa oradan düşmək?

– Mənə elə gəlir ki, hər ikisi də çətindir. Mən sənətimlə nəfəs alıram. Haçansa sənətdən uzaqlaşacağımı təsəvvür edə bilmirəm. Çoxusu deyir ki, ailə qurandan sonra lazım gələrsə, sənəti ataram. Amma mən əsla bsənəti atmaram. Bu, ola bilməz.

Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

– Baxışlarınızla tora sala bilirsinizmi?

– Məncə, hər bir qadın onu bacarır.

– Bəs bacarmadığın nədir?

– Hər şeyi bacarıram, bacarmadığımı öyrənirəm.

– Nəyin dadını itirmisiniz?

– Hələ ki, heç nəyin. Amma gələcəkdə nə olacağını bilmirəm.

Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

– İnsanlara aranıza bir “sədd” çəkmisiniz sanki. Nədən irəli gəlir?

– Bayaq dediyim ki, başım çox daşdan-daşa dəyib. Bu baxımdan, insanları ələmişəm. Tanışım çoxdur, lakin dostum barmaqla sayılacaq qədərdir. Gördüyüm şeylər mənə dərs oldu.

– Bəs özünüz kiməsə dərs vermisiniz?

– Hələ ki, qalıb. Hər şeyin öz vaxtı var. Bəzi insanları zamanın axarına buraxmışam. Kiməsə pislik etmək niyyətində deyiləm.

– Özünüzə kişi gözü ilə baxanda nə görürsünüz?

– İnanın ki, o gözlə özümə baxmamışam (gülürük).

Aktrisa Nigar Babayeva: “İlk dəfədir ki, birini bu dərəcədə sevirəm”

– Əlinizdən nə çıxdı?

– Əlimdə olanlar artıq mənim olur.

– Deyirlər ki, aktrisalığa gedən yol rejissorun yatağından keçir. Bu barədə nə demək istərdiniz?

– Azərbaycanda bilmirəm, ən azından mən rastlaşmamışam. Amma xaricdə belə hallar var.

– Şübhəyə tez-tez düşürsünüz?

– Bəli, belə məqamlar olur. Çünki boş sözlər çox eşitmişəm. Artıq sözə yox, əmələ inanıram.

– Nəyə çata bilmirisniz?

– Şükür ki, istədiyim hər şeyə nail olmuşam. Tələsmirəm, asta addımlarla irəliləyirəm.

– Ağlınıza nə batmır?

– Artıq hər şeyi dərk etmişəm.

– İnsanları oxumaq qabiliyyətiniz varmı?

– Bəli, altıncı hissim çox güclüdür. İnsana baxan kimi onun daxili aləmini görə bilirəm.

– Nə vaxtsa, kişi olmaq istəmisiniz?

– Bəli, elə məqam olub ki, həmin an kişi olmaq istəmişəm.

– Nədən bərk yapışmısınıız?

– Sənətimdən.

– Məm yaxşı bilirdim, bilirdim ki… Bu fikri tamamlayın, zəhmət olmasa.

– Mən yaxşı bilirdim ki, qarşıma qoyduğum məqsədə çatacağam.

Cavidan Abdullayev

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*