Tesla maşınlarında YouTube və Netflix tətbiqləri görünəcək

Tesla maşınlarında YouTube və Netflix tətbiqləri görünəcək

“Tesla” markasının bütün avtomobilləri elektrokarın funksiyalarının əksəriyyətini idarə edə biləcək böyük sensor ekranla təchiz olunub.

 

Tezliklə bu ekranlarda “Netflix” və “YouTube” izləmək mümkün olacaq, ancaq bir şərtlə – bunun üçün avtomobil hərəkətdə olmamalıdır.

 

 

Videoservislər haqda məlumatı “Tesla”nın rəhbəri İlon Mask verib.

 

O, həmçinin avtomobil hərəkətdə olan zaman da “Netflix” və “YouTube”a baxa biləcəyi haqqında yazıb, lakin bu elektrokarlarda tam avtopilot yarandıqdan sonra mümkün olacaq.

 

Qeyd etmək lazımdır ki, Model 3 və gələcək Model Y-də ekranlar üfüqi, Model S və Model X-də isə vertikal olaraq yerləşdirilir, buna görə də onlarda videoya baxmaq o qədər də rahat olmayacaq.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*