Samsung Galaxy-nin ilk smartfonlarının 10 yaşı tamam oldu

Samsung Galaxy-nin ilk smartfonlarının 10 yaşı tamam oldu

Android əməliyyat sistemində fəaliyyət göstərən ilk “Samsung” smartfonunun yaranmasının 10 illik yubileyi qeyd olunub.

İlk dəfə 2009-cu ildə bazarda peyda olan smartfon, o zaman istifadəçilər arasında kifayət qədər populyar olmayan qeyri-adi platforma əldə edib. Qeyd etmək lazımdır ki, Cənubi Koreya brendinin Android əməliyyat sistemi olan ilk cihaz, bu gün də aktuallığını itirməyən “Samsung Galaxy GT-İ7500”dir.

Xatırladaq ki, ilk cihaz 320 x 480 piksel göstəricisi olan 3,2 düym AMOLED ekrana malik idi. Bundan başqa, ekranın aşağı hissəsində geriyə və ya ana səhifəyə keçidi həyata keçirən fiziki düymələrdən istifadə edilmişdi. Gələcəkdə OS naviqasiyasının bu növü sensor düymələrlə əvəz edildi. Smartfon 528 MHs saat tezliyinə malik “Qualcomm MSM7200A” prosessorunda  işləyirdi. RAM miqdarı 128 MB, yaddaşı 8 GB-a bərabər olub, 32 GB microSD yaddaş kartını dəstəkləyirdi. “Galaxy” cihazında “Google” axtarış, “Google” xəritə, “Gmail”, “YouTube”, Təqvim və “Google Talk” kimi tətbiqlər əvvəlcədən quraşdırılmışdır.

Bu cihaz, yalnız “Samsung”un ilk Android smartfonu deyil, həm də o vaxtın bu sahə üzrə üç aparıcı istehsalçısından ilk Android smartfon kimi meydana çıxmışdı. Digər iki şirkət “Nokia” və “BlackBerry” idi.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*