Microsoft-dan yenilik – iki ekranlı smartfon təqdim edildi

Microsoft-dan yenilik – iki ekranlı smartfon təqdim edildi

“Microsoft” korporasiyası qatlanan iki ekranla təchiz edilmiş “Surface Duo” adlı yeni smartfonunu nümayiş etdirib.

Açıq vəziyyətdə 8,3 düymlük planşetə çevrilən yeni qurğunun ekranının hər biri 5,6 düym diaqonallıdır.

 

 

Smartfon mövcud formaya uyğunlaşan “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Tərəflərdən biri 360 dərəcə dönür, bu da istifadəçiyə müstəqil şəkildə rahat mövqe seçməyə imkan verir.

“Microsoft Surface Duo” modeli birkristallı Snapdragon 855 sistemi ilə təchiz edilib.

 

 

Qurğunun digər texniki xüsusiyyətləri barədə hələ ki, məlumat verilmir.

Smartfonun 2020-ci ilin sonunda satışa çıxarılacağı gözlənilir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*