“Ford” bağlamaların çatdırılması üçün iki ayaqlı robot hazırlayıb – VİDEO

“Ford” bağlamaların çatdırılması üçün iki ayaqlı robot hazırlayıb – VİDEO

Artıq yaxın zamanlarda adi kuryerlərin yerini, yükü birbaşa sifarişçinin qapısına çatdıracaq pilotsuz uçan aparatlar və ya dronlar tuta bilərlər. “Ford” avtonəhəngi gələcəklə bağlı bu xəyalları yaxınlaşdırır. Onun “Agility Robotics”şirkəti ilə birgə layihəsi, “qapıdan qapıya” prinsipi üzrə çəkisi 18 kq-a qədər olan bağlamaların çatdırılması üçün Digit ikiayaqlu robotundan istifadə etməyi qarşısına məqsəd qoyub.

 

Robot qeyri-bərabər səthdə gəzməyə, maneələri dəf etməyə, pilləkənlərlə qalxmağa və hətta gözlənilməz toqquşmadan sonra şaquli vəziyyətdə qalmağa qadirdir.

 

Layihənin əsas ideyası – sərnişinlərdən “azad” vaxtda avtonom şəhər nəqliyyat vasitələrindən bağlamaların çatdırılması vasitəsi kimi istifadə etməkdir. Bu zaman sərnişinin yerini Digit tutur. Pilotsuz aparat ünvana çatdıqda, robot arxa qapıdan çıxır, bağlamanı götürür, giriş qapısına tərəf gedir və onu qapının kandarında qoyur.

 

Digit, təchiz olunduğu lidar və stereo kameraların köməyi ilə avtomobildən sifarişçinin qapısına yol tapır. Bundan başqa, robot yola düşməzdən əvvəl pilotsuz avtomobildən əlavə kartoqrafik məlumat alır. Digit gözlənilməz bir maneə ilə qarşılaşdıqda, problemin həlli yolunun göndərilməsi üçün avtomobilə SOS siqnalı ötürür.

 

Mövcud məlumatlara görə, Digit yüngül materiallardan istehsal edilib, bu halda çatdırılma xidməti akkumulyatorlar tam boşalana qədər tam iş gününə ümid edə bilər. “Agility Robotic”, 2020-ci ilin birinci rübünün əvvəlində robotlarının satışına başlamaq niyyətindədir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*