Qaradağ rayon icra hakimiyyəti hər il bizdən“rüsum” olaraq qoyun-quzu alırdı…– bu il 3000 manat istədilər, gücümüz çatmadı… – VİDEO

Qaradağ rayon icra hakimiyyəti hər il bizdən“rüsum” olaraq qoyun-quzu alırdı…– bu il 3000 manat istədilər, gücümüz çatmadı… – VİDEO

Qarabağdan, Qaradağa sığınan 50 nəfər köçkünü Qaradağ icra hakimiyyəti köçürdür

Qaradağ rayon Şankar qəsəbəsi ərazisində “Qışlaq” fermalarında yerləşən bir qurup Kəlbəcər, Laçın və Şuşa rayon sakinləri onlara qarşı rayon icra hakimiyyətinin amansız köçürmə aparmalarından redaksiyamıza şikayət ünvanlayıblar.

Bundan sonra “İnterPosta.info”nun çəkiliş qurupu adıçəkilən ünvanda olub. Öncə çəkiliş qurupumuzun gördüyü mənzərə onlara illərin xarabalığını xatırladıb.
Amma Kəlbəcər rayon sakini Məmmədov Vaqif çəkiliş qurupumuza təqdim etdiyi foto və video faktlar bunun əksini göstərir. İzləyəcəyiniz video görüntülərdədə görəcəksiniz ki, kadırlarda gördüyünüz şəxs açıq formada, çəkinmədən qeyd edir ki, onları adı çəkilən ünvana Qaradağ rayon Polis Şöbəsinin rəis müavini Zakir müəllim göndərib.
Şikayətçi Məmmədov Vaqif bildirir ki, fermanın sökülməsinə rəhbərlik edən şəxs Qaradağ rayon icra hakimiyyətinin müavini Muradov Nadirin yaxın qohumudur, onunda sifarişi əsasında onların fermasını yerlə-yeksan edib.

15.07.2019-cu il tarixdə kadırların çəkildiyini deyən şikayətçilər fermada bütün şəraitin olduğunu, video görüntülərdəndə əks edildiyini görmək mümkündür. Qeyd etdiyimiz tarixdə fermanı sökməyə gətirdikləri ağır texnikalar vətəndaşlar tərəfindən çıxardıldığı deyilir.

Ailələrinin təminatını ödəmək naminə, burada təsərrüfatın saxlamağa məcbur olan vətəndaşlar iddia edir ki, Qaradağ rayon icra hakimiyyətinin şöbə müdiri Həsənalıyev Şikar və Qaradağ rayon icra başçısının müavini Muradov Nadir onlardan 3000 manat pul istəyib. Amma onlar deyilən məbləği ödəyə bilməyəcəklərin bildirdikdən sonra 01.08.2019-cu il tarixdə gecə saatlarında “Ferma” tamam dağıdılaraq yararsız vəziyyətə salınıb.

Qaradağ rayon icra hakimiyyəti ilə bir qurup vətəndaş arasında zidiyyətə səbəb olan Qaradağ rayon Şankar qəsəbəsi “Qışlaq” ferması Qaradağ rayonunun ərazisi olmasına baxmayaraq haqqında sərəncam çıxarmaq səlahiyəti olmadığını deyən vətəndaşlar bildirir ki, bura Müdafiə Nazirliyinin tabeliyindədir. Amma buna baxmayaraq rayon rəhbərləri hansısa çinli məmurun göstərişi ilə bizi buradan çıxarmağa çalışır. Kənd təsərrüfatı ilə məşqul olan şikayətçilər onuda qeyd edirlər ki, hər il Qaradağ rayon icra hakimiyyətinin işçiləri onlardan “rüsum” olaraq qoyun-quzu alıblar!..
Adı çəkilən şəxsləri və aydiyatı qurumları dinləməyə hazırıq.

Daha ətraflı İnterPosta.info təqdim etdiyi video kadırlarda:

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*