İcra başçısı və polis rəisinin həbs etdirmək istədiyi jurnalist Prezidentdən kömək istəyir…

İcra başçısı və polis rəisinin həbs etdirmək istədiyi jurnalist Prezidentdən kömək istəyir…

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və həmin rayonun polis rəisi Şəhriyar Şəmşirlinin “Xeber-Xetti.com” saytının baş redaktoruna qarşı həbs tələbi ilə bağlı qaldırdıqları iddiaya məhkəmə baxışı Abşeron Məhkəməsində davam etdirilir. Yazdığı tənqidi yazıya görə real həbs təhlükəsilə üzləşən baş redaktor Mirəziz Əzizov öz “Feysbuk” hesabı vasitəsilə Prezident İlham Əliyevə açıq müraciət ünvanlayıb. Azinforum.az jurnalistin müraciətini olduğu kimi təqdim edir:

” Bildiyiniz kimi bir keçən ay Abşeron Rayon İcra başçısı İradə Gülməmmədova və Abşeron Rayon Polis rəisi Şəhriyar Şəmşirli məni “Xeber-Xetti.com” saytında yazdığım yazıya görə xüsusi ittiham qaydasında 147.1 və 147.2 maddələri ilə məhkəməyə veriblər. Bu gün Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət Məmmədova ünvanladığım məktubuma cavab gəldi. Ədliyyə Naziri tərəfində Abşeron Rayon Məhkəməsinin sədri Elçin Kazımova müraciətimin qanunamüvafiq qaydada baxılması bildirilib. Lakin bütün bu proseslər zamanı məhkəmə iclası qeyri – obyektiv şəkilində davam etdirilir. Görünən odur ki, Abşeron rayon icra başçısı və rayon polis rəisi barəmdə edilən Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddələri ilə xüsusi ittiham qaydasında verilmiş şikayətlərini icraata qəbul elətdirməklə mənim həbsimi gerçəkləşdirməyi qarşılarına məqsəd qoyublar. Hətta buna nail olmaqdan ötrü, vaxtilə cənab prezident İlham Əliyev tərəfində Cinayət Məcəlləsinin 147- ci və 148 – ci maddələrinin tətbiqinə qoyulmuş MORATORİUMU da gözə almamaqda israrlıdılar. Həm işin mahiyyətindən , eləcə də şikayətə səbəb kimi ortada olan bir məqalənin tam mətnindən aydın etmək olar ki, xüsusi ittihamçıların şəxsimə qarşı qaldırdıqları iddia məqalədə yazılanlarla uyğun gəlmir. Hesab edirəm ki, mənə qarşı icra başçısı və polis rəisi tərəfindən “Xüsusi İttiham” qaydasında belə bir şikayətin verilməsi, Azərbaycanda fikir və söz azadlığının məhdudlaşdırılmasına yönələn məqsədyönlü bir addımdır. Sonda isə burdan cənab prezident İlham Əliyevə səslənirəm.

Cənab Prezident! Mən sadəcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan prospektin təmir olunmasın tələb etmişəm. Təmir olunmadığına görə icra başçısını tənqid etmişəm.
Əgər buna görə bir rayonun icra başçısı və polis rəisi, bir jurnalisti məhkəməyə verirsə, inanıram ki, mənim Prezidentim bu haqsızlığa göz yummayacaq”.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*