Avroliqanın final oyununa Skybox biletləri – 280.000 AZN

Avroliqanın final oyununa Skybox biletləri – 280.000 AZN

UEFA Avroliqasının finalı üçün satışa çıxarılan bütün Skybox biletləri satılıb.

BAKU.WS xəbər verir ki, satışa çıxarılan biletlər qısa zamanda tükənib.

Skybox biletinin qiyməti 1 nəfər üçün kateqoriyadan asılı olaraq 1190-1390 avro (2256 – 2635 AZN) olaraq müəyyənləşdirilib. Biletlər 9-10 nəfərlik paketlər olaraq təklif edilirdi. 10 nəfərlik paketin qiyməti 11900-13900 avro (22560 – 26350 AZN) təşkil edib.

Final oyunu üçün satışa çıxarılan Skybox biletləri “qara bazar”da fantastik qiymətə təklif olunur. Əldə etdiyimiz məlumata görə, işbazlar biletləri əvvəlcədən alıb və oyun öncəsi satışa çıxarıb. Skybox biletləri olanlar bir çox üstünlük əldə edir.

Skybox-larda televizor, soyuducu, kondisioner, tualet və pulsuz WIFI var. Hər skybox-da bir barmen və bir ofisiant qonaqlara xidmət göstərir. Seçiminizə əsasən menyunuz qəlyanaltılar, isti yeməklər, spirtli və spirtsiz içkilərdən ibarət ola bilər.

Bakı Olimpiya Stadionunda cəmi 124 ədəd skybox var. Skybox-larda 14 nəfərdən 32 nəfərə qədər qonaq yerləşdirmək olar. 5 cür yerləşdirmə planı mümkündür.

Skybox biletlərin üstünlükləri bunlardır:

Stadiona xüsusi giriş,

müxtəlif menyu seçimi,

yüksək səviyyəli xidmət,
pulsuz parkinq,
oyunun rəsmi proqramı hədiyyə

“Qara bazar”da hazırda təklif olunan Skybox biletlərinin qiymətini təqdim edirik:

6 nəfərlik 175.000 AZN
10 nəfərlik 225.000 AZN
12 nəfərlik 235.000 AZN
14 nəfərlik 280.000 AZN

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında İngiltərənin “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcək.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*