Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib

Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib

Tanınmış parodiyaçı Həsən Cəbrayılov Bakıdakı Pirşağı qəbiristanlığında dəfn olunacaq.

Bu barədə mərhumun dostu, musiqiçi Abbasqulu Nəcəfzadə məlumat verib. Onun sözlərinə görə, H. Cəbrayılov 4 gün əvvəl işdən evə gedən zaman yolda infarkt keçirib və təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Əməliyyatı edən həkim bildirib ki, Həsən Cəbrayılov özü də bilmədən daha əvvəl 4 dəfə mini infarkt keçirib. Mərhumun yas mərasimi yaşadığı Yasamal rayonunda keçiriləcək.

Qeyd edək ki, mərhum «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-də (AZTV) çalışırdı.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*