Şəfiqə Məmmədova: “İstefalardan xəbərim var”

Şəfiqə Məmmədova: “İstefalardan xəbərim var”

“İttifaqdan istefalarla bağlı xəbərim var, lakin istefaların səbəbini bilmirəm”.
Bunu  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova deyib.
Sədr İttifaqdan istefalarla bağlı yayılan məlumatı təsdiqləyib, lakin üzvlərin istefa səbəblərini bilmədiyini deyib: “Yaxın vaxtlarda onların çıxmağının səbəbi dəqiq bilinəcək”.
Qeyd edək ki, mətbuatda qurumun üç üzvünün – rejissor Yusif Quliyevin, prodüserlər Yalçın Verdiyev və Elşad Allahverdiyevin üzvlükdən azad olunmaq haqda müraciət etməsi xəbəri yayılıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*