Polşada Azərbaycan filmi nümayiş olunacaq

Polşada Azərbaycan filmi nümayiş olunacaq

Polşada fəaliyyət göstərən “Mədəniyyət Tanıtma Mərkəzi” (Centrum Promocji Kultury) oktyabrın 18-də Azərbaycan istehsallı olan “Əbədi ezamiyyət” sənədli filmini nümayiş etdirəcək.

Filmin nümayişi Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə həyata keçiriləcək.

Film Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanıdılması məqsədilə 1919-cu ilin yanvarında parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam olunmuş nümayəndə heyətinin taleyindən bəhs edir. Ekran əsəri xalqımızın dünyəvi və demokratik dəyərlərə XX əsrin əvvəlindən sahib olduğunu göstərir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*