“Nobel qardaşlarının ilk uğuru” filmi Dominik respublikasıında “Şərəf” adına layiq görülüb

“Nobel qardaşlarının ilk uğuru” filmi Dominik respublikasıında “Şərəf” adına layiq görülüb

Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunmuş və dünyada böyük maraq doğurmuş “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 2019 Festival İnternacional De Cortometrajes Libélula Dorada Festivalinda” digər ölkələrin filmləri ilə mübarizə aparır. Dominik respublikasıında qısametrajlı sənədli Film Yarışması”nda bütün mərhələləri keçərək “ Sənədli filmi” kateqoriyası (xarici dil üzrə) “Şərəf” adına layiq görülüb. Dominik respublikası Şimali Amerika ile Çənubi Amerika arasında bir adada yerləşir, əhalisi ispan dilli xalqdı.

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib:

– Nobel qardaşlarının Azərbaycanda geniş fəaliyyəti olub. Onlar gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etmişdi. Nobel qardaşlarından Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin Bakı neftini görür və “Nobel qardaşları” firmasını yaradır. “Nobel qardaşları” firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də elə H.Z.Tağıyev olub. 1875-ci ildə “Nobel qardaşları” firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının “Qara şəhər” adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır. 1918-ci ildə onun sərvətinin miqdarı 45 milyona çatmışdı. Hesablamalara görə, həmin vəsait bu günkü məzənnə ilə 32 milyard ABŞ dolları edir. Dünyaca məşhur olan Nobel qardaşlarının gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etməsini çox az adam bilir. “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. “Nobel qardaşlarının ilk uğuru” filminin çəkilişləri 17 mart 2019-cu ildə başa çatıb. Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub.

Festival İnternacional De Cortometrajes Libélula Dorada festivalında mukafat alan filmlərin siyahısı ilə FB səyfəsinə tanış ola bilərsiniz: https://www.facebook.com/FICLD/photos/pcb.2497667810465676/2497667623799028/?type=3&theater

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*