İçərişəhərdə “İstedArt” layihəsi çərçivəsində növbəti sərgi keçirilib

İçərişəhərdə “İstedArt” layihəsi çərçivəsində növbəti sərgi keçirilib

İyunun 7-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi tərəfindən sərgi keçirilib.

Sərgi “İstedArt” mədəni-xeyriyyə layihəsi çərçivəsində baş tutub.

Sərgiyə qatılanlar uşaqların rəsm işləri ilə tanış olublar.

Artıq üçüncü mövsümü geridə qoyan layihə çərçivəsində Bakı şəhərində yerləşən internat məktəblərindən, Daun sindromlu şəxslərin reabilitasiya mərkəzindən 34 uşağa 8 müəllimin rəhbərliyi altında rəssamlıq və qrafika üzrə dərs keçirilib. Dərslər Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində aparılıb.

Layihədə məqsəd valideyn himayəsindən məhrum olmuş, fiziki və əqli cəhətdən məhdudiyyətli uşaqların bacarığını üzə çıxarmaqdır. 2018-ci ildən start götürən layihədə ümumilikdə 100-dən çox uşaq iştirak edib. 2019-cu ilin payızından etibarən layihənin 4-cü mövsümünə start verilməsi nəzərdə tutulur.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*