Qayınata gəlinini qətlə yetirdi DƏHŞƏT

Qayınata gəlinini qətlə yetirdi DƏHŞƏT

Bakıda dəhşətli qətl hadisəsi törədilib.

Hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Füzuli rayon sakini, 1962-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Firdovsi Məhərrəmov Südçülük sovxozu, nömrəsiz evdə yaşayan gəlini, 4 azyaşlı uşaq anası, 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanın baş nayihəsinə balta ilə çoxsaylı zərbələr endirərək qətlə yetirib.

Xəzər Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən F.Məhərrəmov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*