Bakıda qardaş qardaşı arvadını qətlə yetirdi

Bakıda qardaş qardaşı arvadını qətlə yetirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı arvadınının qətlində təqsirləndirilən Əliəkbər Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxsin 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənnin növbəti icalsı martın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 8-də Bakının Xəzər rayonunda baş verib. Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.
Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*