Bakıda kişi arvadının başını kəsdi – TƏFƏRRÜATLAR

Bakıda kişi arvadının başını kəsdi – TƏFƏRRÜATLAR

Bakıda küçədə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Hadisə paytaxtın Binəqədi raonu, Biləcəri qəsəbəsi, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib.

Oktyabrın 6-da axşam saat 18:15 radələrində Biləcəri qəsəbəsi, Nəsimi küçəsi. ev 29, mənzil 3-də yaşayan, 1986-cı il təvəllüdlü Məmmədov Nicat Nazir oğlu idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə həyat yoldaşı, 1992-ci il təvəllüdlü Leyla Feyzulla qızı Məmmədova və azyaşlı övladını Bakının Yasamal rayonunda yaşayan qaynanasının evinə aparırmış.

Həmin vaxt N.Məmmədovun atası Nazir Məmmədov da avtomobildə avtomobildə olub.

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında N.Məmmədovla həyat yoldaşı L.Məmmədova arasında mübahisə yaranıb.

Mübahisə nəticəsində N.Məmmədov avtomobili küçədə saxlayaraq yük yerində saxladığı bıçaqla həyat yoldaşına 2 zərbə endirib.

Bu vaxt N.Məmmədovun atası Nazir oğlunu tutaraq gəlini Leyladan ayırıb və qadın hadisə yerindən yaralı vəziyyətdə qaçmaq istəyib.

Atasının əlindən çıxan Nicat Məmmədov yenidən qadının arxasınca qaçaraq onu küçədə yaxalayıb və küçədə qadına sinə və boğaz nahiyəsindən 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Faktla bağlı Binəqədi rayon Prokrorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxs saxlanılıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*