Bu sahədə çalışanlara şad xəbər: maaşlar artırıla bilər

Bu sahədə çalışanlara şad xəbər: maaşlar artırıla bilər

Psixoloqların əməkhaqlarının artırılması üçün diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur.

Bunu Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Müəllimlər üçün belə qiymətləndirmənin artıq keçirildiyini deyən nazir müavini bildirib ki, hazırda Azərbaycanda psixoloqların yetişdirilməsi istiqamətində əlavə tədbirlər planı hazırlanır:

“Məktəblərdə psixoloqlardan istifadə etmək lazımdır. Məhz bunun vasitəsilə neqativ halların qarşısı alına bilər. Ümumiyyətlə, bütün psixoloqlar öz peşələrinə biganə deyil, səmimi yanaşmalıdırlar. Azərbaycanda məktəblərdə istedadlı psixoloqlara ehtiyac var”.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*