Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

İclasda çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın belə istiqamətlərdən olduğunu qeyd edib.

KOBİA sədri vurğulayıb: “Ölkələrimiz arasında ticarət strukturunun zənginləşdirilməsi və bunun qeyri-neft sektoru üzrə məhsullar hesabına reallaşdırılması məqsədəuyğun olardı. Hər iki ölkədə mövcud sərmayə və ticarət imkanlarının araşdırılması, qarşılıqlı investisiya qoyuluşlarının, ticarət və biznes əlaqələrinin təşviqi və genişləndirilməsi məqsədilə biznes forum, sərgi kimi birgə tədbirlərin təşkili, ixrac qabiliyyətli məhsullara dair məlumat mübadiləsi əhəmiyyətlidir. Bununla yanaşı, texnologiyaların mübadiləsi, birgə innovativ layihələrin həyata keçirilməsi hər iki ölkənin kiçik və orta sahibkarlıq subyektləri üçün maraqlı ola bilər”.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Böyük Britaniyanın Biznes, Energetika və Sənaye Strategiyası Departamenti, Ticarət və Sənaye Məsələləri Nazirliyinin tabeliyində İxrac Kreditlərinə Zəmanət Departamentində görüşlər keçirib. Bu görüşlərdə kiçik və orta sahibkarlıq sahəsində mümkün ikitərəfli əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*