Bakıda III Milli Mühasiblər Forumu keçirilir

Bakıda III Milli Mühasiblər Forumu keçirilir

İyunun 12-də Bakıda III Milli Mühasiblər Forumu keçirilir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ənənəvi keçirilən mühasiblər forumunun əhəmiyyətindən danışıb. Bildirib ki, forumun məqsədi Azərbaycanda mühasibat uçotunun inkişafı, mühasibat uçotu və vergi qanunvericiliyi sahəsində baş verən dəyişikliklər ətrafında müzakirələrin təşkili, bu sferada islahatların dərinləşməsinə yönəlmiş təkliflərin toplanması və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılmasıdır.

Forumda “Mühasibat uçotu sahəsində müasir çağırışlar: milli yanaşmalar və beynəlxalq standartlar paradiqması”, “İrəliyə addım: rəqəmsal mühasibat uçotu və Azərbaycan reallığında auditin təşkili problemləri” və “Qanunvericilikdə edilmiş dəyişikliklərin MÜHASİBAT uçotuna təsirləri” mövzularında məruzələr dinləniləcək.

Tədbirdə Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin rəhbər vəzifəli şəxsləri, o cümlədən 200-ə yaxın müxtəlif yerli və xarici şirkətin maliyyə menecerləri, baş mühasibləri və mühasibləri iştirak edirlər.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*