“Azəriqaz”: Təbii qazla təmin edilən abonentlərin sayı 2 milyon 154 min 614-ə çatıb

“Azəriqaz”: Təbii qazla təmin edilən abonentlərin sayı 2 milyon 154 min 614-ə çatıb

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 154 min 614-ə çatıb.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bu ilin yanvar-sentyabr ayları ərzində birlikdə əhali sektoru üzrə 60 min 772 yeni abonent qeydiyyata alınıb. Bunun da 36 min 654-ü Bakı, Abşeron və Sumqayıt, 24 min 118-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub.

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 154 min 614-ə çatıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*