Azərbaycanda yeni turizm xidməti

Azərbaycanda yeni turizm xidməti

Aktiv istirahəti sevirsiniz? Ekstremal vəziyyətlərdə özünüzü sınamaq arzusundasınız? Daha öncə hiss etmədiyiniz hissləri yaşamaq istəyirsiniz? 
Yerli turizm şirkəti olan “AccessTravel” şirkəti  Sizlərə unudulmaz hissləri yaşadacaq yeni turizm xidmətini təklif edir! Turizm bazarında ilk dəfə olaraq təqdim olunan bu turizm növü – Hərbi Turzimdir!
Hərbi turizm – əsgər formasını geyinmək arzusunda olanlara, ekstremal əsgərlik mühitini yaşamaq  istəyən insanlar üçün nəzərdə tutulmuşdur. Bir çox xarici ölkələrdə artıq inkişaf etmiş bu turizm növü Azərbaycanda da öz inkişaf mərhələsini keçir.
AccessTravel şirkəti Sizə keçmiş döyüş meydanlarına, poliqonlara təşkil olunmuş turlar, eləcə də tank və super sürətli təyyarələrdən istifadə və s. imkanı verəcək turizm paketlərini əldə etməyə dəvət edir!
“Bazarda gənc şirkət olsaq da qısa müddət ərzində müştərilərə fərqli və keyfiyyətli turizm xidmətləri təklif edə bildik. Hərbi turizm bazarda yeni bir xidmətdir, əminliklə deyə bilərəm ki, müştərilərə unudulmaz hisslər yaşadacaq!” AccessTravel şirkətinin direktoru Anar Həsənov bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində əldə etmək olar.

 

 

 

 

 

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*