Stolüstü tennis üzrə Azərbaycan birinciliyi başa çatıb

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi başa çatıb

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 2001-ci il təvəllüdlü və daha aşağı yaşlı stolüstü tennisçilər arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.

Ölkə birinciliyində Bakı, Sumqayıt, Şəki, Qax, Şabran, Şirvan, Daşkəsən, Gədəbəy, Zərdab, Ağdaş komandalarından 80-ə yaxın idmançı iştirak edib. Şəxsi yarışlarda ilk üçlükdə oğlanlar arasında Emin Məmmədov, İbrahim Ansari və Nihad Məmmədov, qızlar arasında isə Nəzakət Qarayeva, Ləman Əbdülhəmidova və Fatimə Cəfərova qərarlaşıblar.

Ümumi komanda hesabında Bakının stolüstü tennisçiləri birinci yeri tutublar. İkinci və üçüncü yerlərə Sumqayıt və Şabran idmançıları layiq görülüblər.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Stolüstü Tennis Federasiyasının kubok və hədiyyələri təqdim edilib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*