“Qarabağ”ın oyununda erməni təxribatı

“Qarabağ”ın oyununda erməni təxribatı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Kiprin paytaxtı Nikosiyada keçirilən APOEL – “Qarabağ” oyununda təxribata əl atılıb. Oyunun keçirildiyi QSP arenasında meydançasının “Qarabağ”a aid olan hissəsinə yaxın Yunanıstan bayrağı ilə yanaşı Ermənistan bayrağı asılıb.

“Qarabağ”ın mətbuat xidmətindən verilən məlumata görə, bu barədə UEFA nümayəndələri məlumatlandırılıb: “Əgər qondarma “Dağlıq Qarabağ” bayrağı olsaydı, onu deyib yığışdırmaq olardı. Amma Ermənistan müstəqil dövlət olduğundan, təəssüf ki, buna qarışmaq imkanımız yoxdur”.

Qeyd edək ki, daha əvvəllər də Azərbaycan klubları bu ölkədə oynayarkən Kipr yunanları və ermənilərin təxribatı ilə üzləşib. Belə ki, “Neftçi”nin APOEL və “Qəbələ”nin “Apollon”la görüşlərində Azərbaycan bayrağı yandırılıb, qondarma “Dağlıq Qarabağ”ın bayrağı yüksəldilib.

Nəzərinizə çatdıraq ki, bu oyunda “Qarabağ” 2:1 hesabı ilə rəqibini məğub edib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*