“Qarabağ”ın Avroliqa heyəti: UEFA Mahiri müdafiəçi kimi təqdim etdi – FOTO

“Qarabağ”ın Avroliqa heyəti: UEFA Mahiri müdafiəçi kimi təqdim etdi – FOTO

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ” sifariş ərizəsini UEFA-ya təqdim edib.

Ağdam klubunun 23 nəfərlik siyahısında aşağıdakı futbolçular yer alıb:

Qapıçılar: 1. Asmir Beqoviç, 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev

Müdafiəçilər: 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 23. Faysal Rerras, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Hacıağa Hacılı;

Hücumçular: 11. Mahir Emreli, 99. Maqaye Qeye

Baş məşqçi: Qurban Qurbanov.

Ehtiyat heyət: Məmməd Hüseynov, Toral Bayramov, Musa Qurbanlı.

Maraqlıdır ki, UEFA-nın rəsmi saytı Mahiri müdafiəçi kimi göstərib.

Qeyd edək ki, “Qarabağ” AL-də “Sevilya”, APOEL və “Düdelanj” klubları ilə A qrupunda yer alıb. Ağdam təmsilçisi ilk matçını sentyabrın 19-da Bakıda “Sevilya”ya qarşı keçirəcək.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*