“Qarabağ” Çempionlar Liqasına səfər heç-heçəsi ilə başlayıb

“Qarabağ” Çempionlar Liqasına səfər heç-heçəsi ilə başlayıb

Görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, tərəflər azsaylı fərqlənmək imkanlarını boşa veriblər…

“Qarabağ” komandası UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçını keçirib.

 

Azərbaycan təmsilçisi Albaniyanın paytaxtı Tiranada “Partizani”nin qonağı olub. “Selman Stermasi” stadionunda oynanılmış qarşılaşma qolsuz yekunlaşıb – 0:0.

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu görüşdə zədəli Bədavi Hüseynov, eləcə də cəzalı yeni transfer Aylton Silvanın xidmətlərindən yararlana bilməyib. Əvəzində daha bir yeni oyunçu Xayme Romero debüt edib. İspaniyalı hücumçu 62-ci dəqiqədə həmyerlisi Dani Kintananın əvəzinə meydana daxil olub.

 

Görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, tərəflər azsaylı fərqlənmək imkanlarını boşa veriblər.

 

Qeyd edək ki, cavab görüşü iyulun 17-də “Dalğa Arena”da keçiriləcək.

 

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*