Kriştianu Ronaldo: “Ola bilər ki, gələn il karyeramı bitirim”

Kriştianu Ronaldo: “Ola bilər ki, gələn il karyeramı bitirim”

“Karyeramı bitirmək barədə düşünmürəm. Ola bilər ki, artıq gələn il karyeramı bitirim. 40-41 yaşınadək oynaya da bilərəm”.

Bunu Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo deyib.

34 yaşlı hücumçu gələcək karyerası ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, hələlik bu barədə düşünməsə də, istənilən halda belə addım ata bilər: “Bilmirəm, həmişə demişəm ki, hər andan zövq almaq lazımdır. Bu əsl vergidir və gələcəkdə də bundan məmnunluq duymaq niyyətindəyəm”.

Qeyd edək ki, Portuqaliya “Sportinq”inin yetirməsi olan K. Ronaldo karyerası ərzində “Mançester Yunayted”, “Real” və “Yuventus”da oynayıb.
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*