“Barselona”nın futbolçusu 5 həftəlik sıradan çıxıb

“Barselona”nın futbolçusu 5 həftəlik sıradan çıxıb

İspaniyanın “Barselona” klubu itki ilə üzləşib.

Kataloniya təmsilçisinin hücumçusu Usman Dembele zədə səbəbindən komandadan ayrı düşüb.

Forvard 5 həftə “Barselona”ya kömək edə bilməyəcək. Tibbi müayinə nəticəsində onun sağ baldır əzələsindən xəsarət aldığı aşkarlanıb.

Qeyd edək ki, 22 yaşlı fransalı La Liqanın I turunun “Atletik”lə görüşündə (0:1) 90 dəqiqə meydanda olub. Həmin matçda zədə səbəbindən oynamayan Lionel Messi isə artıq komanda ilə məşqlərə başlayıb.
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*