Bakıda “Lexus” “Mercedes”i vurdu, 13 yaşlı oğlan qəzada öldü

Bakıda “Lexus” “Mercedes”i vurdu, 13 yaşlı oğlan qəzada öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Sabunçu rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

Həmidov Rizvan Rza oğlu idarə etdiyi “Lexus” markalı avtomobillə Hava Limanından “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən Bakı Olimpiya Stadionunun yaxınlığında idarəetməni itirərək qarşıda onunla eyni istiqamətdə hərəkət edən Yusubov Zamin İsməli oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobili vurub.

Hadisə nəticəsində “Mercedes” markalı avtomobildə olan sərnişin, sürücü Z.Yusubovun oğlu, 2006-cı il təvəllüdlü Yusubov Namiq Zamin oğlu ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*