Bakıda çoxmərtəbəli binada təhlükəli anlar yaşanıb

Bakıda çoxmərtəbəli binada təhlükəli anlar yaşanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarına bərkidilən kondisionerin mühərriki yerindən qoparaq asılı vəziyyətdə qalıb.

Nazirlikdən verilən məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər asılı vəziyyətdə qalan qurğunu müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Əməliyyat başa çatıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*