Azərbaycanda faciə: ata maşını ilə 4 yaşlı övladını öldürdü

Azərbaycanda faciə: ata maşını ilə 4 yaşlı övladını öldürdü

Yevlax şəhərində tükürpədici hadisə baş verib.

Hadisə Yevlax şəhərinin Fizuli küçəsində baş verib. Belə ki, ata özünəməxsus idarə etdiyi maşını ilə manevr edərkən ehtiyatsızlıqdan avtomobilin ətrafında dolaşan 4 yaşlı oğlunu görməyib.

Nəticədə ata 2015-ci il təvəllüdlü oğlu – Kənan Ruslan oğlu İsmayılovu vuraraq ona ağır xəsarət yetirib.

Yaralı uşaq xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. K.İsmayılov xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*