ZİRVƏ UZAQDAN DAHA AYDIN GÖRÜNƏR

ZİRVƏ UZAQDAN DAHA AYDIN GÖRÜNƏR

ZİRVƏ UZAQDAN DAHA AYDIN GÖRÜNƏR.

HEYDƏR ƏLİYEV MÖHTƏŞƏM BİR ZİRVƏDİR-ZİRVƏ İSƏ ONDAN UZAQLAŞDIQCA DAHA AYDIN GÖRÜNƏR.

AZƏRBAYCAN UKRAYNA BEYNƏLXALQ ALYANSIN SƏDRİ.
ELMAR MƏMMƏDOV

BU GÜNLƏRDƏ 50 MİLYONLUQ AZƏRBAYCAN XALQI ÖZ LİDERİNİN HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜNÜ QEYD ETDİ.
Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində ibrətverici məqamlar kifayət qədərdir. Ulu öndərin irsinin dərk edilməsi özlüyündə çətindir. Lakin Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işləri təhlil edib geniş oxucu kütləsinə çatdırmaq dövlət əhəmiyyətli strateji məsələdir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Heydər Əliyev barədə dünyanın tanınmış şəxslərinin ifadə etdiyi fikirlər bir daha onun nə dərəcədə müdrik, eyni zamanda, praqmatik bir lider olduğunu təsdiqləyir. Ümummilli lider əsl məktəbdir, başqa xalqların həsəd apardığı dövlətçilik məktəbi!
Ulu öndər Heydər Əliyev haqqında adi söz demək mümkün deyil. Onun barəsində səmimi ifadə edilən hər bir fikirdə bir ucalıq, yüksək məna çaları var. Dünyanın müxtəlif ölkələrinin siyasi liderlərinin Ümummilli liderlə bağlı söylədiklərini bir yerə cəmləşdirsək, dünyanın ən dahi siyasi liderlərindən birinin “siyasi portreti” alınar. Və hər kəs də onu dərhal tanıyar: “Bu, Heydər Əlirza oğlu Əliyevdir. Türk və müsəlman dünyasının fəxri, Azərbaycan xalqının qüdrətli oğlu! Dünya siyasətinin nəhəngi və hətta rəqibləri tərəfindən yüksək qiymətləndirilən nadir bir şəxsiyyət”!

ZİRVƏ UZAQDAN DAHA AYDIN GÖRÜNƏR.

Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması və XXI əsr müstəqillik kursunun memarıdır.
1993-cü ilin iyun ayının 15-də Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmışdı. Ölkəyə rəhbərlik edən səriştəsiz siyasi qruplar çıxış yolu tapa bilmirdilər. Düşmən isə addım-addım müstəqil dövlətçiliyimizə qəsd etməkdə idi. Onun qarşısını ala bilmirdilər. Bu ağır zamanda xalq təkidlə Heydər Əliyevin siyasət səhnəsinə qayıdışına nail oldu. Bununlada Ermənilər təşvişə düşməyə başladılar və nə qədər imkan vardırsa öz havadarları vasitəsilə Ulu öndərin yenidən rəhbər olmasına mane olmağa çalışdılar. Lakin düşmən buna nail ola bilmədi.
Və hər şey həmin tarixdən – iyunun 15-dən başladı. Bu tarix bir neçə anlamda Azərbaycanın qurtuluşunun başlanğıcı oldu.
Azərbaycanın ağır vəziyyətində siyasət səhnəsinə Heydər Əliyev çıxdı və xalqda dövlət quruculuğuna dərin inam yaratdı!
Ümummilli lider təmkinli, ölçülü-biçili, inamlı və real siyasəti ilə vəziyyəti dəyişdi. Heydər Əliyev müxtəlif bölgələrə səfərləri zamanı siyasi qruplar arasındakı ziddiyyətləri yumşalda bildi və onlara dövlət üçün çalışmağın əsas vəzifə olduğunu anlatdı. Bu zaman Ulu öndərin siyasi və diplomatik ustalığı həqiqətən də dövlət quruculuğu tarixinin ən parlaq səhifələrindən oldu.

Xaricdəki düşmənlər və ölkənin daxilində at oynadan naşı siyasi qruplar anladılar ki, Azərbaycanda dövlət quruculuğu prosesini dayandırmaq mümkün olmayacaq! Əlbəttə ki, bu artıq Heydər Əliyevin qələbəsi idi.
Dövlətçilik ideyası Azərbaycanda bu cür xilas edildi – xalq müstəqil dövlət qurmağın zəruriliyini tam olaraq Heydər Əliyevin liderliyi ilə qəbul etdi. Və qısa bir müddətdə cəmiyyət Ulu öndərin ətrafında birləşdi. Onun bir çağırışı ilə milyonlarla insanlar meydanlara axışmağa başladılar. Bu məqamda isə bütün dünya anladı ki, Azərbaycana təcrübəli, güclü iradəli və uzaqgörən bir lider başçılıq edir. Onu yolundan döndərmək mümkün deyildir.
Artıq bunu bütün dünya başa düşürdü. Dünyanın bir çox siyasi liderləri Heydər Əliyev haqqında müsbət fikirlərini açıq söyləyirdilər.
Belə ki, məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir”. Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı.
Heydər Əliyev qısa müddətdə müstəqil Azərbaycanda siyasi vəziyyəti dəyişə bildi.

Onun yaratdığı Sosial-siyasi sabitlik cəmiyyətin siyasi təfəkküründə nizam-intizam yaradırdı. Ona belə bir inam aşılayırdı ki, azərbaycanlılar öz ölkəsində siyasi sabitlik yarada bilərlər. Bu proses günbəgün daha geniş vüsət alırdı. Ermənistanın Azərbaycana təcavüzünün BMT-də müzakirə edilməsi isə dünyaya bu münaqişənin əsl simasını anlatmağa geniş imkanlar yaradırdı. Heydər Əliyev böyük ustalıqla ermənilərin əsl niyyətlərini bütün dünyaya göstərdi. Ancaq Ulu öndər bununla kifayətlənmirdi. Heydər Əliyev 1994-cü və 1995-ci illərdə BMT Baş Assambleyasının yüksək tribunasından Azərbaycanda müstəqil dövlət quruculuğunun konseptual parametrlərini dəqiqliklə geniş auditoriyaya çatdırdı.
Ümummilli lider BMT-dəki nitqlərində Azərbaycanın xarici siyasətinin prioritetlərini ifadə etdi, müstəqil dövlətimizin strateji məqsədlərini açıqladı və bütövlükdə qlobal geosiyasəti necə təsəvvür etdiyini lakonik şəkildə bəyan etdi.
Həmin dövrdə Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur”.

Heydər Əliyevin müstəqil Azərbaycanımızı bataqlıqdan çıxararaq inkişafa aparmaq cəhdi dünya liderləri tərəfindən yüksək dəyərləndirilirdi. Artıq Ulu öndərə dünya liderləri belə simpatiya edirdilər.
Fransanın sabiq Prezidenti Jak Şirak da Heydər Əliyevə olan heyranlığını gizlətmirdi: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirdim.
Bundan əlavə ABŞ-ın keçmiş prezidentlərindən olan Corc Buş da Heydər Əliyev haqqında xoş sözlər demişdi: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”.

Heydər Əliyevin xarici siyasət kursundan bəhs edərkən bu böyük şəxsiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində atdığı addımları vurğulamamaq mümkün deyildir. Müasir müstəqillik tarixində ilk dəfə olaraq Heydər Əliyev bu məsələni konseptual formada Azərbaycanın xarici siyasət kursunun prioritet məsələləri sırasına daxil etdi. Bu, mövcud geosiyasi reallıqlar kontekstində asan məsələ deyildi. Çünki bir tərəfdən qlobal geosiyasətin özü müxtəlif problemlərlə üzləşmişdi. Böyük dövlətlər xüsusi maraqlarını daha üstün tutaraq ədalət hissini tamamilə itirmişdilər. Digər tərəfdən isə təcavüzkar Ermənistanı havadarları aktiv şəkildə müdafiə edirdilər və bu, indi də davam etməkdədir.

Belə mürəkkəb şəraitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin incəliklə xarici siyasət kursuna mühüm faktor kimi daxil edilməsi böyük diplomatik ustalıq tələb edirdi. Heydər Əliyev onun ən səmərəli üsulunu tapa bildi. Nəticədə, beynəlxalq təşkilatlar sürətlə həqiqəti öyrəndi, müxtəlif sənədlərdə Ermənistanın təcavüzkarlığı vurğulandı, regionun böyük dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər, BMT erməni təcavüzünə son qoyulması ilə bağlı dörd qətnamə qəbul etdi və ATƏT münaqişəni sülh yolu ilə həll etmək üçün xüsusi qrup (ATƏT-in Minsk qrupu) yaratdı. Çoxillik gərgin fəaliyyət Ermənistanın təcavüzkarlığını bütün dünyaya nümayiş etdirməyə imkan yaratdı. Prezident İlham Əliyev sonrakı mərhələdə bu istiqamətdə dalbadal uğurlu addımlar ataraq, Ermənistanın küncə sıxışdırılması prosesini yeni səviyyəyə yüksəltdi. Artıq ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağın mövcud statusunun dəyişilməz qalmasının mümkün olmadığını bəyan edirlər. Bu o deməkdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə öz ədalətli həllini tapa bilər.
Təməli Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu siyasət nəticəsində Azərbaycan iqtisadi inkişafına görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır. Hazırda ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin qovuşma məkanı, “Yeni İpək Yolu” layihəsinin fəal iştirakçısı və bir neçə əhəmiyyətli enerji layihələrinin təşəbbüskarıdır. TAP, TANAP, “Cənub Qaz Dəhlizi” və başqa layihələr qlobal enerji təhlükəsizliyinin mərkəzi bəndlərini təşkil edir. Nəqliyyat layihələri isə ümumiyyətlə, geosiyasi əhəmiyyətli hadisələrdəndir.

Bu gün Azərbaycan faktiki olaraq xarici siyasətin bütün istiqamətlərində uğur qazanan və onları bir-biri ilə uyğunlaşdıra bilən perspektivli dövlətdir. Ölkəyə etibarlı tərəfdaş kimi yanaşırlar. Buraya xarici iş adamları külli miqdarda sərmayə yatırmaqdan çəkinmirlər. Azərbaycan bütün sahələr üzrə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Və həmin irəliləyişin memarı Ulu öndər Heydər Əliyevdir.
Biz bu dahi şəxsiyyətdən uzaqlaşdıqca onun nə qədər böyük bir Azərbaycanlı, siyasi bir xadim, vətənindən ötrü canını fəda edən, Böyük Azərbaycanlı olduğunu anlayırıq. Heydər Əliyev irsinin öyrənilməsi üçün institutlar fəaliyyət göstərsə də, yenə də, bu dahi şəxsiyyətin gördüyü misilsiz xidmətləri tam açmaq mümkün deyildir.

Azərbaycan Ukrayna Beynəlxalq Alyansın sədri
Elmar Məmmədov.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*