Yol polisi “Son Zəng” iştirakçılarına müraciət edib

Yol polisi “Son Zəng” iştirakçılarına müraciət edib

Paytaxt məktəblərinin yerləşdiyi ərazilərdə – küçə və prospektlərdə yol polisi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

O qeyd edib ki, nəzərdə tutulan tədbirlər yüksək peşəkarlıqla icra olunur: “Yol polisi əməkdaşları “Son Zəng” mərasimlərində fəal iştirak edir. İştirakçı sayının çoxluğuna görə sıxlıq müşahidə olunan yollarda müvafiq tədbirlər görülür ki, vaxt itkisinə səbəb olacaq hallar baş verməsin, “məzun günü” övladlarımızın həyatında unudulmaz xoş xatirələrlə yadda qalsın. Bir daha hərəkət iştirakçılarını diqqətli və məsuliyyətli olmağa səsləyirik. Tədbirləri məktəb ərazilərində qəbul edilmiş reqlamentə əsasən həyata keçirməyi tövsiyə edirik”.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*