Təhsil Nazirliyi Bakı Ağ Şəhərdə yeni məktəb binasının layihəsini təqdim etdi

Təhsil Nazirliyi Bakı Ağ Şəhərdə yeni məktəb binasının layihəsini təqdim etdi

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin sifarişi ilə Ağ Şəhər ərazisində sosial infrastruktura obyektlərinin tikintisi çərçivəsində növbəti təhsil ocağının layihələndirilməsi başa çatıb və yaxın zamanda tikintisinə başlanılması nəzərdə tutulur. Tam orta təhsil məktəbinin layihə konsepsiyası Türkiyənin BUDA Mimarlık şirkəti, tam layihəsi isə Azərbaycanın ArchiCO mühəndislik şirkəti tərəfindən işlənilib.

1,3 ha ərazidə tikiləcək məktəb binasının ümumi sahəsi 15 000 kv. metr təşkil edir. Müasir üslublu məktəb binasının qarşısında layihələndirilmiş xüsusi dizaynlı meydan məktəblilərin sevimli görüş məkanına çevrilməyi vəd edir. Məktəb sahəsində özəl landşaft, şagirdlər üçün futbol və basketbol meydançaları, eləcə də qaçış yolu layihələndirilib. 1536 şagird yeri olan məktəbdə tədris və fənn otaqları, laboratoriyalar ilə yanaşı, inzibati otaqlar, bədii dərnəklər, yeməkxana, idman və akt zalı fəaliyyət göstərəcək.

Məktəb binası Mərkəzi Park Kvartalındakı Paris evlərinin ətrafında, Süleyman Vəzirov küçəsində yerləşəcək. Nəqliyyat baxımından məktəbə rahat piyada gəlişi, avtomobillərin hərəkəti, valideynlər üçün avtoparkinq yerləri və ictimai nəqliyyat üçün dayanacaq təşkil olunacaq.

Bu Ağ Şəhər ərazisində fəaliyyət göstərən Fransız Liseyi və Kaspi Liseyindən sonra 3-cü məktəb olacaq. Gələcək ildə Ağ Şəhərdə daha 2 məktəbin və uşaq bağçalarının layihələndirilməsi nəzərdə tutulub.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*