Saat 15:00-dək 5401 nəfər qan verib – Səhiyyə Nazirliyi

Saat 15:00-dək 5401 nəfər qan verib – Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, saat 15:00-a qədər 5 min 401 nəfər könüllü olaraq qan varib. Bu şxəslərdən 2430.5 litr qan tədarük edilib.

 

Rəsmi məlumata görə, aksiyalar Bakı şəhəri üzrə: Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy” məscidi (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas” məscidi, “Sahibəzzaman” məscidi , Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı” məscidi, “İmam Rza” məscidi, Səbail rayonu “Bibiheybət” məscid ziyarətgahı və İçəri şəhər “Cümə məscidi”, Suraxanı rayonu “Qaraçuxur” məscidi, Yasamal rayonu “Təzə pir” məscidi, “Hacı Soltanəli” və Hacı Cavad” məscidində davam edir.

 

Bölgələrdə – Gəncə şəhəri “İmamzadə” kompleksi , Lənkəran şəhər Böyük bazar “Cümə” məscidi, Mingəçevir şəhəri “Heydər” məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Şəki şəhəri “İmam Əli” məscidi, Mərkəzi Qan bankının Şirvan bölməsi və Şirvan şəhər məscidi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə” məscidi (mərasim zalı), Cəlilabad Mərkəzi rayon Xəstəxanası, Göyçay şəhəri “Əbülfəzlil Abbas” məscidi, Xaçmaz şəhər Məscidi, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi, Salyan şəhəri Hacı Tağı məscidində insanlar könüllü olaraq qanvermə aksiyasına qoşula bilərlər.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*