Qida Təhlükəsizliyi Agentliyi istirahət zonalarında monitorinqlər keçirir

Qida Təhlükəsizliyi Agentliyi istirahət zonalarında monitorinqlər keçirir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycan Dövlət Turizm Agentliyi (ADTA) ilə birlikdə istirahət zonalarında qida təhlükəsizliyinə nəzarət tədbirləri çərçivəsində monitorinqlər həyata keçirir.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, yay mövsümü ilə əlaqədar həyata keçirilən tədbirlərin məqsədi istehlakçıları sağlam qida ilə təmin etməkdir: “Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun ekspertləri tərəfindən istirahət zonalarında nəzarət tədbirləri həyata keçirilir ki, istehlakçılarımız sağlam qida ilə təmin oluna bilsinlər. Ümumilikdə isə qida təhlükəsizliyi ilə bağlı hər mövsümə uyğun spesifik tədbirlər planı icra edilir”.

Q.Təhməzli əlavə edib ki, Azərbaycanda qida təhlükəsizliyi sahəsində elə bir sistem qurulmalıdır ki, qəbul etdiyimiz qidalar bizim üçün təhlükə yaratmasın.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*